Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:01

ATƏT rəsmisi: «Seçkini başa çatmış hesab etmək olmaz»<p align=`left`><br><br>


Səs: Real audio
Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun sözçüsü Urdur Günnarsdottir təşkilatın bütün məsələlər araşdırılana qədər əlavə şərh verməyəcəyini bildirir «Şikayətlərin hamısına baxılmayana qədər seçkini başa çatmış hesab etmək olmaz. Seçki prosesi başa çatana qədər biz işlərin necə araşdırılmasının gedişini izləyəcəyik».



Bunu «Azadlıq» radiosuna ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun sözçüsü Urdur Günnarsdottir bildirib. Onun sözlərinə görə, təşkilatın Seçkini Müşahidə Missiyasının üzvləri hələ də Bakidadır. Müşahidəçilər ATƏT-ə daxil olan şikayətləri qəbul edir və ən əsası məhkəmələrin gedişini izləyirlər: «Bəzi şikayətlər məhkəmələrə çatıb. Mərkəzi Seçki Komissiyası bəzi dairələrdə səslərin yenidən sayılması və digər məsələlərin araşdırılması ilə məşğuldur. Müşahidəçilərimiz burada da monitorinq aparır».



Lakin Urdur Günnarsdottir deyir ki, ATƏT bütün məsələlər araşdırılana qədər əlavə şərh verməyəcək: «ATƏT seçkinin ilkin nəticələri barədə bəyanat verib. Seçki prosesi tam başa çatandan sonra təşkilat yekun hesabatını açıqlayacaq».



ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun da daxil olduğu Beynəlxalq Seçkini Müşahidə Missiyası noyabrın 7-də yaydığı bəyanatda bildirib ki, müəyyən irəliləyişlərə baxmayaraq Azərbaycanda keçirilən seçkilər beynəlxalq standartlara cavab verməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG