Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:57

Nardaranda seçkinin nəticələrinə etiraz mitinqi keçirildi


Səs: Real audio
Seçki bloklarının qalib gəlmiş nümayəndələri saxtakarlıq tam aradan qaldırılmayınca parlamentdə iştirak etməyəcəklərini bildirirlər Noyabrın 16-da Bakının Nardaran kəndində seçkinin saxtalaşdırıldığını iddia edən bir qrup insan icazəsiz etiraz aksiyası keçirdi. Kəndin «İmam Hüseyn» meydanında «Azadlıq!», «İstefa!» şuarlarını səsləndirən aksiya iştirakçıları 28 saylı Sabunçu üçüncü seçki dairəsində səsvermənin nəticələrinin ləğv edilməsini tələb etdilər.



Aksiyanın təşkilatçılarından Hacı Əli Hüseynzadə dedi ki, onlar «Azadlıq» blokunun namizədi Rauf Arifoğlunu müdafiə edirlər. Kənd sakinlərindən Abdulla Mustafayev isə bildirir ki, onlar artıq beş ildir hakimiyyətdən ən müxtəlif sosial problemlərinin həll edilməsini iəstəyirlər. Bu tələblərin eşidilməməsi bir yana, indi səsləri də oğurlanıb.



Mitinqin gedişi zamanı bir neçə dəfə dini rituallar da səsləndi.



Kənd sakini Məşədi Natiq Kərimov isə deyir ki, seçkidə istənilən nəticənin əldə edilməməsində günahı tək hakimiyyətdə görmək lazım deyil. Onun sözlərinə görə, yüzlərlə kənd sakini seçkidən əvvəl məntəqəyə gedib adının siyahıda olub-olmadığını dəqiqləşdirmədiyindən səsvermədə iştirak edə bilmədi.



Aksiyanın gedişi zamanı polisin hər hansı müdaxiləsi baş vermədi.

Hadisələri kənardan izləyən Nardaran İcra nümayəndəsi Yaşar Orucov isə bildirdi ki, seçkidə müəyyən pozuntular olsa da, bu nəticələrə təsir göstərməyib.



«Azadlıq» blokunun bu dairədən namizədi Rauf Arifoğlu isə aksiyada iştirak etmirdi. Hələ günün birinci hissəsi o, Nardaranda təxribat gözlənildiyi haqda iddialar irəli sürərək, mitinqin təxirə salındığını bəyan etmişdi. Aksiyadan sonra isə o bildirdi ki, təxribatın olacağı ilə bağlı müyyən məlumatlar alsa da, Nardarana getmək istəyib, ancaq Zabrat yolunda polis onu geri qaytarıb.



Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə görə, bu dairədə «Azərittifaq»ın sədri Eldar Quliyev öndədir.



Noyabrın 16-da həmçinin Biləsuvar, Saatlı və Ağcabədi rayonlarında da seçkinin nəticələrinin ləğv edilməsi tələbi ilə etiraz aksiyaları keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG