Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:18

<i>«Ayna»</i>: «Hakimiyyət 12 mandat təklif edir»


Səs: Real audio
Avropa Yenidənqurma və İnkişaf Bankının Dünya Bankıyla birlikdə apardığı araşdırmada belə deyilir «Ayna» qəzetindəki «Hakimiyyət 12 mandat təklif edir» başlıqlı məqalədə Şahmar yazır ki, Qərb diplomatlarının vasitəçiliyi ilə başlanan danışıqların yekunu kimi hələlik bu nəticə əldə olunub. Hakimiyyət həmçinin «Azadlıq» blokunu parlamentdə kimlərin təmsil etməsinin də özü tərəfindən müəyyənləşdirilməsində israrlıdır. Qərb isə blok liderlərinin mandat almasında və parlamentdə müxalifətə ayrılan yerlərin sayının artırılmasında təkid edir. Müəllif etibarlı mənbədən əldə etdiyi məlumata əsasən yazır ki, yaxın günlərdə danışıqların yekun nəticəsi bəlli olacaq.



«Üç nöqtə» qəzetindəki «Daha bir seçki dairəsinin nəticələri ləğv olundu» başlıqlı məqalədə Vüsal Mehdioğlu yazır ki, səsvermənin nəticələrinin bu dərəcədə saxtalaşdırılacağını deyəsən, heç Mərkəzi Seçki Komissiyası da gözləmirmiş. Məqalədə bildirilir ki, yəqin baş verənlərdən sonra qurum bütün ittihamları Dairə və Məntəqə Seçki komissiyalarının üzərinə yönəldəcək. «Yəni, həmişəki kimi böyük işlərin müsbət nəticəsini əldə etmək üçün xırda qurbanlar veriləcək» - deyə, məqalədə vurğulanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG