Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:16

Gəncə Nizami ikinci seçki dairəsinin nəticələri ləğv edildi<p align=`left`><br><br>


Səs: Real audio
Avropa Yenidənqurma və İnkişaf Bankının Dünya Bankıyla birlikdə apardığı araşdırmada belə deyilir Noyabrın 15-də Mərkəzi Seçki Komissiyası (MSK) Gəncə 38 saylı Nizami ikinci seçki dairəsinin nəticələrini ləğv etdi. Buna səbəb kimi protokollardakı ziddiyyətlər, səsvermə zamanı polisin müdaxiləsi və bir məntəqənin səsvermənin nəticələrini ləğv etməsi göstərilir.



MSK-nın ilkin məlumatlarında bu dairədən Yeni Azərbaycan Partiyasının namizədi, Dövlət Sosial Müdafiə Fondunun Kəpəz Rayon Şöbəsinin müdiri Rüflan Qurbanovun səs çoxluğu qazandığı bildirilirdi. Bitərəf namizəd Rövşən Əlyiev isə ondan çox cüzi fərqlə geri qalırdı.



Bu, MSK-nın nəticələrini ləğv etdiyi dördüncü seçki dairəsidir. Bundan əvvəlsə 9 saylı Binəqədi, 42 saylı Sumqayıt və 110 saylı Zaqatala dairələrinin nəticələri etibarsız sayılıb və təkrar seçkinin keçirilməsi haqda qərar qəbul olunub. Sonuncu dairənin ləğvindən sonra isə hakim Yeni Azərbaycan Partiyasının parlamentdəki üzvlərinin sayı 58 nəfərə endi.
XS
SM
MD
LG