Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:13
Rubrikalar

Yoxsulluq həddi 250 min manata qaldırılıb


Səs: Real audio
Avropa Yenidənqurma və İnkişaf Bankının Dünya Bankıyla birlikdə apardığı araşdırmada belə deyilir - Azərbaycan hökuməti 2005-ci il üçün yoxsulluq həddi ilə bağlı ilkin hesablamalar aparıb. İqtisadi İslahatlar Mərkəzinin mütəxəssisləri bu həddin 250 min manat olduğunu müəyyən ediblər. Bu o deməkdir ki, aylıq gəliri 250 min manatdan aşağı olanlar əhalinin yoxsul təbəqəsi sayılmalıdır. İqtisadi İslahatlar Mərkəzindən bildiriblər ki, bu rəqəm minimal istehlak səbətinin dəyərinə uyğun hesablanıb.



Buna qədər yoxuslluq həddi kimi 175 min manat qəbul olunurdu.



- Dünya Bankının "Azərbaycan kənd investisiyaları" layihəsi üzrə missiyasının Bakıya səfəri başlanıb. Səfərdə məqsəd bu il icrasına başlanan layihənin həyata keçirilməsinə nəzarətdir. Bununla bağlı hökumət və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri ilə görüşlərin keçirilməsi planlaşdırılır.



«Azərbaycan kənd investisiyaları" layihəsinin həyata keçirilməsi üçün Dünya Bankı Azərbaycana 35 il müddətinə 15 milyon dollar kredit ayırıb. Layihə üç iqtisadi zonanın – Naxçıvan, Muğan-Salyan və Şirvanın 21 rayonunu əhatə edəcək. Proqram çərçivəsində kənd infrastrukturunun bərpası və 450 aqrar cəmiyyətin yaradılması nəzərdə tutulur.



- Noyabrın 15-ə olan məlumata görə, Milli Bankda 1 dollar 4 596, 1 avro 5 373, 1 rubl isə 159 manatdır.
XS
SM
MD
LG