Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:39

«Azərbaycanda korrupsiyanın səviyyəsi artıb»<p align=`left`><br><br>


Səs: Real audio
Avropa Yenidənqurma və İnkişaf Bankının Dünya Bankıyla birlikdə apardığı araşdırmada belə deyilir Azərbaycan da daxil olmaqla, Şərqi Avropa və Orta Asiyanın doqquz ölkəsində son üç ildə korrupsiyanın səviyyəsi artıb. Bu artım daha çox Rusiyada, Çexiya, Macarıstan, Makedoniya, Serbiya, Litva, Ermənistan və Qırğızıstanda hiss olunur. Bu regionun keçmiş kommunist ölkələrinin çoxundasa korrupsiyanın miqyası azalmaqdadır.



Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Dünya Bankıyla (DB) birlikdə apardığı araşdırmada belə qənaətə gəlmək olar.



Araşdırma regiondakı səkiz min şirkəti əhatə edib və nəticələr 2002-ci ildə aparılmış oxşar sorğuyla müqayisə olunub.



Ümumilikdə isə regionda biznes mühitinin son üç illə müqayisədə yaxşılaşdığı bildirilir.



«Transparency İnternational» Beynəlxalq Şəffaflıq Təşkilatının bu il yaydığı hesabata görəsə, Azərbaycan korrupsiya indeksinə görə, 159 ölkə arasında 137-ci yeri tutur. Bir il bundan əvvəlsə, Azərbaycan 149 ölkə arasında 140-cı idi. Yəni, ötən illə müqayisədə irəliləyiş olub.



Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümovsa deyir ki, Azərbaycanda korrupsiyanın vəziyyətilə bağlı fərqli fikirlərin söylənməsinin səbəbi beynəlxalq təşkilatların ikili standartlardan çıxış etməsindən irəli gəlir: «Necə olur ki, beynəlxalq təşkilatlar Azərbaycanda korrupsiyannı inkişaf etdiyini deyirlər, ancaq eyni zamanda ölkəyə qoyulan investisiyanın həcmi artır».
XS
SM
MD
LG