Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:03

Sənsən, yoxsa mən?....


Səs: Real audio
Ancaq o, polisə məlumat vermədən heç yerə gedə bilməz Füzuli dairəsində seçkinin nəticələri qızğın mübahisələrə səbəb olub



84 saylı Füzuli seçki dairəsində «Azadlıq» blokundan deputatlığa keçmiş namizəd Qubad İbadoğlu deyir ki, seçki prosesində ciddi qanun pozuntuları olub. Yerli icra hakimiyyəti nümayəndələri və digər vəzifəli şəxslər seçkiləri YAP–ın namizədi Bahar Muradovanın xeyrinə saxtalaşdırıblar. Onun sözlərinə görə, əgər Füzulidə azad və ədalətli seçkilər keçirilsəydi, Bahar Muradova namizədlərin əksəriyyətindən az səs toplayardı.



«Azadlıq» blokunun namizədi iddia edir ki, bir sıra məntəqələrdə açıq səsvermə keçib. Müşahidəçilər və komissiya üzvləri zorakılığa məruz qalıblar, müşahidəçilər məntəqələrdən çıxarılıb. Cənab İbadoğlunun sözlərinə görə, "ekzit-pol" [seçki məntəqələrindən çıxışda müstəqil sorğu] keçirən "PA Consulting Group" təşkilatının nümayəndələri də Füzuli rayon icra hakimiyyətinin nəzarəti altında olublar.



"Ekzit-pol"un nəticələrinə əsasən, Bahar Muradova səslərin 49.5, Qubad İbadoğlu isə 42.2 faizini toplayıb.



Hazırda Qubad İbadoğlu ilə yanaşı «Demokratik Azərbaycan» blokundan Nəsimi Şərəfxanlı, «Azərbaycan Naminə Hərəkat»dan Rauf Əhmədov, müstəqil namizəd Çinarə Vəlizadə və digər üç namizəd seçkinin nəticələrini tanımadıqlarını və MSK-dan bu nəticələrin ləğv olunmasını tələb etdiklərini bildirirlər.



Həmin dairədən qalib elan olunan YAP-ın namizədi Bahar Muradova isə bu ittihamların heç bir konkret fakta əsaslanmadığını deyir. Onun sözlərinə görə, bu deyilənlər seçki prosesində mümkün nöqsanların sadəcə sadalanmasından ibarət ümumi sözlərdir. Füzuli seçiciləri noyabrın 6-da öz iradələrini sərbəst şəkildə ifadə ediblər. Komissiya üzvlərinə və müşahidəçilərə isə Qubad İbadoğlu və onun dəstəsi təzyiq göstərib.



Bahar Muradova deyir ki, 84 saylı dairənin namizədlərinin bir hissəsi öz namizədliyini onun xeyirinə geri götürüb. Bir qismi isə seçkidən sonra onu təbrik edib. Yaxşı olar ki, uduzan tərəf bütün dünyanı ittiham etməkdənsə, öz məğlubiyyətinin səbələri üzərində düşünsün.



Mərkəzi Seçki Komissiyasının [MSK] mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bu quruma daxil olan şikayətlərin qanunun tələbinə uyğun şəkildə araşdırıldığını və zərurət olarsa, Kostitusiya Məhkəməsinə göndərildiyini deyir.



Seçkiləri Beynəlxalq Müşahidə Missiyasının [SBMM] noyabrın 7-də yaydığı bəyanatda isə deyilir ki, Azərbaycanda keçirilən parlament seçkiləri ATƏT və Avropa Şurasının bir sıra standartlarına cavab vermir. Sənəddə bu fikir həm seçkiqabağı mərhələyə, həm də seçki gününə aid edilir.



SBMM müşahidəçiləri seçki günü məntəqələrin 87 faizində səsverməni müsbət, 13 faizində isə mənfi qiymətləndiriblər. Sənəddə deyilir ki, səsvermə zamanı seçicilərə təsir edilməsi, müdaxilələr, prosesin istiqamətləndirilməsi, qutulara əvvəlcədən bülletenlərin atılması və sair istiqamətlərdə cəhdlər müşahidə edilib.



Yerli müşahidəçilər isə əsasən deyirlər ki, Füzuli dairəsində əhali qorxudularaq hansısa namizədə səs verməyə məcbur edilib. Bunu Qubad İbadoğlunun müşahidəçiləri də deyirlər. Onlar iddia edirlər ki, hətta bəzən seçicilər qorxudan bülletendə Bahar Muradovanın adının qarşısına işarə qoyduqlarını məktəb direktoruna və ya tabeçiliyində olduqları digər şəxsə göstərirmişlər.



Belə halların baş verib-verməməsi barədə əlbəttə ki, konkret söz demək qeyri-mümkündür. Ancaq bir məsələ də var ki, əgər seçici deyək ki, kimdənsə qorxub öz səsini iddia olunduğu kimi Bahar Muradovaya verirsə, deməli, onun Qubad İbadoğluna olan istəyi hansısa qorxunu və ya təzy
XS
SM
MD
LG