Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:12

Səid Nuriyev buraxılıb


Səs: Real audio
Ancaq o, polisə məlumat vermədən heç yerə gedə bilməz «Yeni Fikir» Gənclər Təşkilatının sədr müavini Səid Nuriyev öz mənzilində yaşamaqla polis nəzarətinə verilib. Onun vəkili Kamilə Şükürovanın verdiyi məlumata görə, bu qərarı noyabrın 14-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi verib.



Qərara görə, cənab Nuriyev polisə məlumat vermədən harasa gedə bilməz.



Səid Nuriyev bu il sentyabrın 12-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 278-ci maddəsi ilə (hakmiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) cinayət işi açılıb. Cənab Nuriyev özü isə bu ittihamı qəbul etmir.



Talassemiya xəstəliyindən əziyyət çəkdiyi üçün Səid Nuriyev noyabrın 14-nə qədər polis nəzarəti altında Musa Nağıyev adına Təcili-Tibbi Yardım Xəstəxanasında müalicə olunub.
XS
SM
MD
LG