Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:24

Zaqatalada seçkinin nəticələrinə etiraz mitinqi keçirilib


Səs: Real audio
«Azadlıq» blokunun namizədi Arif Hacılı 110 saylı Zaqatala dairəsində nəticələrin ləğv edilməsi ilə razı deyil Noyabrın 15-də Zaqatalada «Azadlıq» seçki blokunun tərəfdarları 110 saylı Zaqatala və 111 saylı Zaqatala-Baləkən dairələrində seçkinin nəticələrinin saxtalaşdırılmasına etiraz əlaməti olaraq icazəli mitinq keçiriblər. Blokun 110 saylı Zaqatala dairəsindən namizədi Arif Hacılının «Azadlıq» radiosuna verdiyi məlumata görə, etiraz aksiyası dinc keçib, hər hansı qarşıdurma baş verməyib. Cənab Hacılı mitinqdə bildirib ki, seçkidə o qalib gəlib və buna görə də Mərkəzi Seçki Komissiyasının həmin dairədə nəticələri ləğv etməsi ilə razı deyil. Bununla bağlı noyabrın 16-da Apellyasiya Məhkəməsində onun şikayətinə baxılacaq.



Arif Hacılı: «Mitinq iştirakçıları seçki saxtakarlıqlarında iştirak etdiyinə görə Zaqatalanın icra başçısı Vaqif Rəhimovun vəzifədən azad edilməsini müsbət qiymətləndirdilər».



Cənab Hacılının sözlərinə görə, mitinqçilər seçkiyə müdaxilə edən digər vəzifəli şəxslərin də cəzalandırılmasını tələb ediblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG