Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:55

Bakı-Naxçıvan, Naxçıvan-Bakı təyyarə reysində bilet qıtlığı yaranıb<p align=`left`><br><br>


Səs: Real audio
Naxçıvan Hava Limanının əməkdaşları bunu aeroporta məxsus üç təyyarənin Moskvada təmirdə olması ilə izah edirlər Bakı-Naxçıvan, Naxçıvan-Bakı təyyarə reysində bilet qıtlığı yaranıb. Artıq beş günə yaxındı ki, Naxçıvandan Bakıya gəlmək istəyən insanlar bilet tapa bilmədiklərindən aeroportda gecələyirlər. Onların içində xəstələr və uşaqlar üstünlük təşkil edir. İnsanların sözlərinə görə, biletlər əl altdan 400 min manata, bəzi hallarda isə 100 ABŞ dollarına satılır. Naxıçıvan Muxtar Respublikası Ali Məclisinə üz tutan şikayətçilər orda təhqir olunduqlarını bildirirlər. Onların sözlərinə görə, biletlərin qıtlaşması ya qiymətin artırılmasına, ya da Bakıda müxalifətin keçirdiyi kütləvi tədbirlərdə iştirakın qarşısını almağa xidmət edir.



Naxçıvan Hava Limanının əməkdaşları isə bilet qıtlığını aeroporta məxsus üç təyyarənin Moskvada təmirdə olması ilə izah edirlər. Ancaq onlar təmirin nə vaxt qurtaracağının məlum olmadığını söyləyirlər.



Naxçıvan Hava Limanının əməkdaşları həmçinin 1500-ə yaxın insanın Bakıdan Muxtar Respublikaya qayıda bilmədiyini də sözlərinə əlavə edirlər.
XS
SM
MD
LG