Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:26

«Köhnə hamam, köhnə tas»...


Səs: Real audio
Buna meriyaya müraciət üçün qanunda nəzərdə tutulan müddətin burxılması səbəb olub Müxalifət seçkilərin nəticələrinin ləğv olunmasını və yeni seçkilər tələb edir. Ancaq bu nə qədər realdır?



Təbii ki, siyasət kompromis tələb edir. Müxalifət aza qane olarmı? Məsələn, Day.az İnternet saytı bu günlərdə yazırdı ki, müxalifət 40 dairədə seçkinin nəticəsini ləğv etdirə bilsə, parlamentə gedə bilər.



Bir neçə ay bundan qabaq AŞPA-nın Azərbaycan üzrə məruzəçisi Andreas Qross qənaətbəxş kimi 20-25 yer demişdi. Sual isə budur ki, müxalifəti neçə yer qane edər?



Bu barədə müxtəlif fikirlər səslənməkdədir. Seçkilərdən əvvəl belə fikirlər var idi ki, müxalifətə 25-dən artıq mandat verilməyəcək. Amma "Azadlıq" blokuna daxil olan partiya nümayəndələri 70 yer əldə edəcəklərini deyirdilər və elə indi də o fikirdədirlər.



Demokrat partiyasının sədr müavini Sərdar Cəlaloğlu deyir ki, 36 dairənin bütün protokolları onların əlindədir və həmin dairələrin hamısında "Azadlıq" bloku qalib gəlib. Onun fikrincə, iqtidar "Azadlıq" blokunun həmin dairələrdəki qələbəsini tanımalıdır. Kimin qalib gəldiyi mübahisəli olan dairələrdə isə təkrar seçkilər keçirilməlidir.



"Turan" informasiya agentliyinin eksperti Zəfər Quliyevə görə, hamını saxtakarlığa qarşı mübarizəyə çağıran müxalifətin bir neçə mandata razı olması onun imicinə güclü zərbə vura bilər.



Zəfər Quliyev hesab edir ki, təkcə "Azadlıq" blokuna yox, ümumilikdə müxalifətə ən çoxu 20 mandat verilə bilər. İqtidarın bundan artıq mandat verməsi inandırıcı görünmür.



Yeni Azərbaycan partiyası [YAP] icra katibinin müavini Mübariz Qurbanlı deyir ki, hakimiyyətin bu məsələdə hansısa güzəştindən söhbət gedə bilməz. Bu məsələni Mərkəzi Seçki Komissiyası araşdırır, hansı dairədə seçkinin nəticələrinin etibarlı olub-olmaması da həmin araşdırmaların nəticələrindən asılıdır.



Hakimiyyətin güzəşt limitinin bitdiyini düşünən politoloq Həsən Bayramova görə isə, müxalifətin də güzəşt əldə etmək məqsədilə keçirdiyi aksiyalar 10-15 gündən çox sürməyəcək. Bu baxımdan, o hesab edir ki, müxalifət MSK-nın elan etdiyi nəticələrlə barışıb parlamentə getməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG