Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:19

Seçki dairəsinin qarşısında icazəsiz aksiyaya cəhd olub


Səs: Real audio
Buna meriyaya müraciət üçün qanunda nəzərdə tutulan müddətin burxılması səbəb olub Noyabrın 14-də özlərini Müsavat Partiyasının başqanı İsa Qəmbərin seçiciləri adlandıran bir qrup şəxs 20 saylı Nərimanov ikinci seçki dairəsinin yerləşdiyi binanın qarşısında etiraz aksiyası keçirməyə cəhd edib. «Azadlıq» seçki blokunun bu dairədən səlahiyyətli nümayəndəsi Aydın Acalovun sözlərinə görə, aksiyaçılar dairədə seçkinin nəticələrinin Nərimanov Rayon Polis İdarəsinin rəisi Adil Əliyevin xeyrinə saxtalaşdırıldığını bildiriblər. Onlar nəticələrin ləğv olunmasını və yeni seçkinin keçirilməsini tələb ediblər.



İcazəsiz keçirilən aksiyanı polis dağıdıb.



Mərkəzi Seçki Komissiyasının Mətbuat Xidmətinin rəhbəri Azər Sarıyev deyir ki, seçicilər narazılıqlarını ifadə etməkdə azaddırlar: «Ancaq həmin dairənin nəticələri araşdırılanda belə aksiyalar deyil, rəsmi şikayətlər və sənədlər nəzərə alınacaq».

Günün bütün mövzuları

XS
SM
MD
LG