Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:16
Rubrikalar

Seçkidən qabaq və sonra...


Səs: Real audio
Buna meriyaya müraciət üçün qanunda nəzərdə tutulan müddətin burxılması səbəb olub Seçkidən sonrakı ilk "Seçki Qatarı"nda:



- Seçkinin necə keçirildiyini xatırlayacaq;



- Seçkidən sonrakı həftə yaşananları biləcək;



- Vətəndaşın seçki təəssüratlarını eşidəcəksiz



BARMAQLARIN MÜRƏKKƏBLƏNMƏSİ ARZUOLUNAN NƏTİCƏNİ VERMƏDİ



Müşahidəçi olduğumuz 3-cü Yasamal dairəsinin 28 saylı məntəqəsində sükutu Sosial-Demokrat partiyasından olan müşahidəçi pozdu. Məlum oldu ki, məntəqə üzvü seçicilərin barmağına mürəkkəbi müşahidəçilərdən gizli çəkmək istəyir. Düzdür, məntəqənin nümayəndəsi bu fikirlə razılaşmadı, amma növbəti seçicinin sol əlinin baş barmağını yox, sağ barmağını mürəkkəblədi. Məlum oldu ki, hətta məntəqə sədrinin özü də mürəkkəbin əslində hansı barmağa çəkilməli olduğundan xəbərsizdir.



Seçkiləri müşahidə edən ekspertlər deyirlər ki, barmaqların mürəkkəblənməsi üsulu arzuolunan nəticəni verə bilmədi. Məlum oldu ki, bəzi məntəqələrdə mürəkkəb ümumiyyətlə, keyfiyyətsizdir və asanlıqla yuyula bilir. Mürəkkəbin keyfiyyətli olduğu məntəqələrdə isə gözlənilənin əksinə olaraq bir secisi bir neçə dəfə səs verə bildi. Yəni, məşhur «karusel» oyunu bu seçkilərdə də oynanıldı.



Seçkilərdə müşahidəçi olan «Ayna» qəzetinin şərhçisi Sədrəddin Soltan deyir ki, seçki günü bülletenlərin məntəqələrdən bayıra çıxarılmasının şahidi olub. Onun fikrincə, seçkilərdə "karusel" məhz bu üsulla həyata keçirilib.



3-cü Yasamal dairəsinin 27 saylı məntəqəsində müşahidəçilər seçki qutusunu görə bilmədiklərindən şikayətləndilər. Məntəqənin sədri iradları qəbul etmədi və dedi ki, otağın qurluşu qutunu başqa yerə qoymağa imkan vermir.



Bu seçkidə də ötən seçkilərdə olduğu kimi vəfat edən adamların adları siyahıdan çıxarılmamışdı.



Seçim hüququ olanların isə heç də hamısı səs verə bilmirdi, onların adları siyahıda yox idi . Adını siyahıda tapa bilməyənlərin əksəriyyəti kor-peşman geri dönürdü, amma hüququnu məhkəmədə tələb edənlər də az deyildi.



Binəqədi rayon Məhkəməsinin qarşısına yığışan seçicilər dedilər ki, məhkəməyə bir həftə əvvəl müraciət etsələr də, nəticə yoxdur.



Seçki günü "ekzit-pol"çuların da işində xeyli qüsur gözə dəyirdi. «Ayna» qəzetinin şərhçisi Sədrəddin Soltanın qənaətincə, "ekzit-pol" [seçki günü məntəqələrdən çıxışda aparılan müstəqil sorğu] keçirənlər peşəkar deyildilər.



Azərbaycanda bu dəfə də qapalı müəssisələrdə – həbsxanalarda seçkilər təşkil olundu. 29 saylı Səbail seçki dairəsindən «Azadlıq» blokunun namizədi Həsən Kərimov deyir ki, uduzmağının əsas səbəbi məhz məhbusların hakimiyyətin xeyrinə səs verməyə məcbur edilməsi olub. Yeri gəlmişkən, "PA Consultinq"in keçirdiyi "ekzit-pol"un nəticələrinə görə, Həsən Kərimov qalib namizəddən 11 faiz irəlidə olub.



Müşahidəçilərin rəyinə görə, əsas qanun pozuntuları seçki gününün ikinci yarısı – səslər sayılanda olub.



Seçki gününün səhəri – noyabrın 7-də keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirdi ki, baş verən qanun pozuntularına baxmayaraq, seçkiləri demokratik şəraitdə keçirilmiş hesab etmək olar.



Noyabrın 6-da 125 deputat kürsüsü uğrunda 1557 namizəd mübarizə apardı. «Azadlıq» bloku seçkilərə 116, hakim Yeni Azərbaycan partiyası 101, "YeS" bloku 72, Liberal partiyası 71 namizədlə qatıldı. Seçkilər 125 dairədə, 5 mindən artıq məntəqədə keçirildi. Parlament seçkilərini 1000-dən artıq beynəlxalq müşahidəçi izlədi.



XS
SM
MD
LG