Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:02

Zaqatalanın icra başçısı vəzifədən azad edildi


Səs: Real audio
Buna meriyaya müraciət üçün qanunda nəzərdə tutulan müddətin burxılması səbəb olub Prezident İlham Əliyevin noyabrın 14-də imzaladığı sərəncamla Vaqif Nəzir oğlu Rəhimov Zaqatala Rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad edilib. Onun “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” və “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” sərəncamların müddəalarının yerinə yetirilməməsinə və Milli Məclisə keçirilən seçkilər zamanı səslərin hesablanması prosesinə müdaxilə etdiyinə görə tutduğu vəzifədən azad edildiyi bildirilir.



Bu, ölkə başçısının seçki prosesinə müdaxilə etdiyinə görə işdən azad etdiyi üçüncü icra başçısıdır. Bunadək Sabirabad və Sruxanı rayon icra başçıları vəziflərindən uzaqlaşdırılmışdı.



Prezidentin İcra Aparatının İctimai-Siyasi Şöbəsinin müdir müavini Nazim İsayev də bildirir ki, seçki prosesində kobud qanun pozuntularına yol verən bütün komissiya rəhbərləri, eləcə də digər qurumların üzvləri cəzalandırılacaq.
XS
SM
MD
LG