Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:49

Noyabrın 15-dən pulu ödəməyənlərin qazı kəsiləcək


Səs: Real audio
Buna meriyaya müraciət üçün qanunda nəzərdə tutulan müddətin burxılması səbəb olub Noyabrın 15-dən etibarən qaz pulu ödəməyən istehlakçıların qazı kəsiləcək. Bu xəbərdarlığı Bakı Qaz İstehsalat Birliyinin rəis müavini Nüsrət Qasımov edir. Cənab Qasımovun bildirdiyinə görə, təşkilat oktyabrın 20-dən qış rejiminə keçib, yəni gündəlik qaz norması artırılıb: «Bakı şəhərinə gündə yeddi milyon kubmetr qaz verilir. Qazanxanalara da onların işə salınması üçün qaz norması verilib».



«Barmek» Azərbaycan Elektrik Şəbəkəsi Məhdud Məsuliyyətli Cəmiyyət isə qışda gücləndirilmiş iş rejimində işləyir ki, bu da elektrik xətlərinin yüklənməsiylə bağlıdır. Şirkətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Tanrıverdi Mustafayev belə deyir.



Bakı Şəhər İcra Hakimiyəti isə noyabrın 15-dən paytaxtın qış mövsümünə keçməsi barədə sərəncam verməlidir. Meriyanın başçısı Hacıbala Abutalıbovun dediyinə görə, istilik ala biləcək 3200 binadan 1650-si qızdırılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG