Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:05
Rubrikalar

Rusiyadan qaz idxalı dayandırıla bilər


Səs: Real audio
Buna meriyaya müraciət üçün qanunda nəzərdə tutulan müddətin burxılması səbəb olub - Dünya Bankı [DB] «Ölkəyə Yardım Strategiyası» layihəsi çərçivəsində 2006-2009-cu illərdə Azərbaycana 1 milyard 200 milyon ABŞ dolları məbləğində kredit ayıracaq.



Hər il üçün nəzərdə tutulan 300 milyon dollar vəsaitin 250 milyonu yanacaq-energetika sahəsinə yönəldiləcək.



- Dövlət Dəmir Yolunda payız baxışı başlanıb. Qurumun mətbuat xidmətindən verilən məlumata görə, tədbir Yalama Sərhəd-Keçid Məntəqəsində başlanıb və 10 günə yaxın davam edəcək. Baxışı xüsusi komissiya həyata keçirir.



- "Qazeksport" şirkəti yeni ildən qazın qiymətini qaldırsa, Azərbaycan Rusiyadan mavi yanacaq idxalını dayandıra bilər. Bu məlumatı Dövlət Neft Şirkəti verib.



2004-cü ilin dekabrında bağlanan müqaviləyə əsasən, Azərbaycan 2005-2006-cı illərdə Rusiyadan qazın hər min kubmetrini 62 dollara almalıdır. Lakin son vaxtlar şirkət rəsmiləri MDB ölkələrinə satılan qazın qiymətinin 140-160 dollara qaldırılacağını bildiriblər. Bu isə Azərbaycan hökumətini qane etmir.



- Dövlət Neft Şirkətindən verilən başqa bir məlumata görə, Qazaxıstanın Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac kəmərinə qoşulması ilə bağlı Azərbaycan-Qazaxıstan hökumətlərarası sazişin layihəsi imzalanmağa hazırdır. Bu günlərdə hər iki tərəfin təmsilçiləri görüşəcəklər.



BTC ilə ildə 50 milyon ton neft ixrac ediləcək. 2008-ci ildən başlayaraq bunun 20 milyon tonu Qazaxıstanın "Kaşaqan" yatağından çıxan neft olacaq.



- Milli Bankdan verilən məlumata görə, noyabrın 14-də 1 ABŞ dolları 4 596, 1 avro 5409, 1 rus rublu 159 manat olub.
XS
SM
MD
LG