Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:11

Humanitar hüquq üzrə müsabiqənin qalibləri müəyyənləşib


Səs: Real audio
Sabiq nazir AzTV və Lider TV-dən 50 milyon manat cərimə ödəməyi, həmçinin əleyhinə aparılan təbliğatın dayandırılmasını tələb edir Beynəlxalq Humanitar Hüquq üzrə İkinci Milli Müsabiqədə Bakı Dövlət Universitetinin "Sabaha ümid" komandası qalib gəlib.



Beynəlxalq Qırmızı Xaç Komitəsinin təşkil etdiyi bu müsabiqəyə noyabrın 13-də yekun vurulub. Qaliblərə müxtəlif hədiyyələr verilib.



Komitənin Beynəlxalq humanitar hüququn yayımı şöbəsinin müdiri Rəşad Axundov deyir ki, əsas məqsəd tələbələrin beynəlxalq humanitar hüquq sahəsində biliklərini artırmaq idi və buna qismən də olsa nail olunub:



"Müsabiqənin əsas məqsədi beynəlxalq humanitar hüquq üzrə tələbələrin biliklərini artırmaq idi. Təbii ki, üç gün ərzində buna tam nail olmaq real deyil, amma biz bəzi sahələrdə buna nail ola bildik".



Müsabiqədə hər birində üç tələbə olmaqla 10 komanda iştirak edib. Qalibləri yerli və xarici – Cenevrə və Rusiyadan gələn ekspertlər müəyyənləşdirib. Rəşad Axundovun sözlərinə görə, xarici ekspertlər tələbələrin hazırlıq səviyyəsindən razı qalsalar da, bəzi nöqsanların olduğunu da bildiriblər:



"Xarici ekspertlər tələbələrin ümumi bilik səviyyəsini müsbət qiymətləndirdi. Amma onların bəzi iradları da var idi. Məsələn, bəzi komandalar cavab verəndə siyasi məsələlərə daha çox yer verirdilər, nəinki hüquqi əsaslandırmaya".



Rəşad Axundov deyir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi tələbələrin beynəlxalq humanitar hüquq sahəsində biliklərini artırmaq üçün fəaliyyətini davam etdirəcək. Növbəti milli müsabiqəni isə komitə gələn ilin payızında təşkil edəcək.
XS
SM
MD
LG