Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:01

Əli İnsanov AzTV və Lider TV-ni məhkəməyə verib<p align=`left`><br><br>


Səs: Real audio
Sabiq nazir AzTV və Lider TV-dən 50 milyon manat cərimə ödəməyi, həmçinin əleyhinə aparılan təbliğatın dayandırılmasını tələb edir Dövlət çevrilişinə cəhdi maliyyələşdirməkdə ittiham edilərək həbs olunmuş keçmiş Səhiyyə naziri Əli İnsanov AzTV və Lider TV-ni məhkəməyə verib. Onun vəkili Toğrul Babayev deyir ki, həmin telekanallar məhkəmənin hökmü olmadan Əli İnsanovun təqsirli olduğunu bildirən informasiyalar yayıblar. Bu işlə bağlı bir sıra faktlar isə başqa cür təqdim olunub.



Vəkilin sözlərinə görə, Səbayel Rayon Məhkəməsinə təqdim olunan idia ərizəsində sabiq nazir ona vurulan maddi-mənəvi zərərə görə AzTV və Lider TV-dən 50 milyon manat cərimə ödəməyi, həmçinin əleyhinə aparılan təbliğatın dayandırılmasını tələb edir.



Lider TV-dən məsələyə münasibət bildirmək istəmədilər.



AzTV-nin Xəbərlər və İctimai-Siyasi Verilişlər Departamentinin rəhbəri Mülatif Adırov isə dedi ki, bu cür materialları Respublika Prokurorluğu, MTN və DİN mətbuat xidmətləri birgə hazırlayıb təqdim edir. AzTV isə heç bir müdaxilə etmədən onu efirə verir.



Cənab Adırov məsələ ilə bağlı məhkəməyə dəvət olunacaqlarına inanmır. Deyir ki, həmin materialların müəllifinin AzTV olmadığı heç kimə sirr deyil.



Sabiq Səhiyyə naziri Əli İnsanov oktyabrın 20-də həbs edilib. O, keçmiş Maliyyə və İqtisadi İnkişaf nazirləri Fikrət Yusifov və Fərhad Əliyev, Prezident Apparatı İşlər İdarəsinin müdiri Akif Muradverdiyev və digər bir neçə vəzifəli şəxslə dövlət çevrilişinə cəhdi maliyyələşdirməkdə ittiham olunur. Vəkilinin dediyinə görə, cənab İnsanov barəsindəki ittihamları rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG