Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:55

PA rəsmisi: «İsa Qəmbər dialoq ideyasını mənimsəyib»<p align=`left`><br><br>


Səs: Real audio
Noyabrın 13-də müxalifət növbəti icazəli mitinqini keçirdi Prezident Aparatı (PA) İctimai-Syiasi Şöbənin müdir müavini Nazim İsayev deyir ki, Müsavat Partiyasının başqanı İsa Qəmbər dialoq ideyasını mənimsəyib. O, indiyədək hakim partiya və dövlətin yüksək qurumlarının dəfələrlə dialoqa hazır olduqlarını bəyan etdiyini söyləyir.



Cənab İsayev bildirir ki, dialoq çoxmərhələli bir prosesdir və hansısa məqamda seçki problemləri də danışıqların mövzusu ola bilər: «Amma bunu şərt kimi qoymaq olmaz. Çünki artıq səvermə başa çatıb və indiki mərhələdə onun nəticələri araşdırılır».



«Azadlıq» blokunun həmsədrlərindən biri, Müsavat Partiyasının başqanı İsa Qəmbər noyabrın 13-dəki mitinqdə ölkə başçısı İlham Əliyevi dialoqa çağırmışdı.



Siyasi icmalçı Rauf Mirqədirov isə hesab edir ki, dialoq təklifilə vaxtaşırı çıxış edən hakimiyyət onun baş tutması üçün heç bir real addım atmır: «Əgər belə bir niyyət olsaydı, Mərkəzi Seçki Komissiyası müxalifətdən olan namizədlərin rəqiblərini udduğu dairələrin nəticələrini ləğv etməyə tələsməzdi. Əksinə bu dairələrdə qələbəni rəsmiləşdirmək üçün addım atardı».
XS
SM
MD
LG