Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:36
Rubrikalar

«Yaxşı ki, Tofiq Quliyev olub»


Səs: Real audio
Noyabrın 13-də müxalifət növbəti icazəli mitinqini keçirdi Bu «İz»də:



- Azərbaycan mədəniyyətində bəstəçi Tofiq Quliyevin izinə düşəcək;



- Bir vaxtlar məşhur və yeganə Elmi-Texniki Kitabxananın yerində bank açılmasından xəbər tutacaq;



- «Maestro» sözünün mənasını yada salacaq;



- «Mentalitet dolması»nı dadacaq;



- və hər dəfə tanınmış sənətçi, xalq artisti Azər Zeynallının açıqlamalarını eşidəcəksiz.



«HÖKUMƏTƏ BANK LAZIMDIR, KİTABXANALAR YOX»



Elmi-Texniki Kitabxana indi 5 saylı Şəhər Xəstəxanası ilə üzbəüz doqquzmərtəbəli binanın birinci mərtəbəsində qərar tutub. Təmirsiz, yel vurub yengələr oynayan bir yerdədir.



Amma vaxtilə bu kitabxana şəhərin lap mərkəzində – Hüsi Hacıyev küçəsində qərar tutmuşdu. Şəhərin ən yaxşı kitabxanalarından sayılırdı. İndi onun yerində bankdır.



Biblioqraf Elmira Rəhimova deyir ki, "görünür, hökumətə bank lazımdır, kitabxanalar yox".



İşçilərin dediyindən belə çıxdı ki, kitabxana Mədəniyyət Nazirliyinin balansında deyil. Buna baxmayaraq Mədəniyyət Nazirliyinin mətbuat xidmətinə telefon açdıq. İntiqam müəllim həmişəki kimi yerindəydi:



"Bu kitabxana Mədəniyyət Nazirliyinin sistemində deyil. Ayrı-ayrı təşkilatların, Təhsil Nazirliyi, Milli Elmlər Akademiyasının çoxlu kitabxanaları var. Hər halda, biz öz tabeliyimizdə olan müəssisələrə cavabdehik".



«YAXŞI Kİ, TOFİQ QULİYEV OLUB»



Aparıcı: Azər bəy, Sizin repertuarda Tofiq Quliyev olmasaydı, Azərbaycan mahnı mədəniyyəti nə itirərdi və şəxsən Siz nə itirərdiniz?



Azər Zeynallı: "Tofiq Quliyev olmasaydı, biz bəlkə də bu itkini bəlməyəcəkdik. Amma yaxşı ki, Tofiq Quliyev oldu... Mən düşünürəm ki, bu gün Azərbaycan musiqisinin inkişafı daha yüksək, səmərəli getsəydi, bugünkü cılız təbliğat ona mane olmasaydı, biz hələ nələrə qadir olardıq. Bəlkə də bugünkü aşağı səviyyəli təbliğatla biz çox şeyləri itirmişik. Amma nə yaxşı ki, Tofiq Quliyev kimi bir örnək olub ki, biz özümüzü musiqiçi kimi formalaşdıranda ona nizamlanmışıq. Ona baxıb örnək götürmüşük, düzgün yolla getmişik..."



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG