Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:39

Müxalifət prezidentə dialoq təklif edir<p align=`left`><br><br>


Səs: Real audio
Noyabrın 13-də müxalifət növbəti icazəli mitinqini keçirdi Yürüş-mitinqdə "Azadlıq" blokuna daxil olan Müsavat partiyasının başqanı İsa Qəmbər prezident İlham Əliyevi dialoqa çağırdı. O bildirdi ki, yeni seçki tələbi saxtakarlıqlar aradan qaldırılana qədər qüvvədə qalacaq.



AXCP sədri Əli Kərimli isə mitinqlərin davamlı olacağını dedi.



Mitinq iştirakçıları bir neçə dəfə əl-ələ verib yerdə oturdular. Həmin anlarda onlar "Çadırlar meydana" şüarları səsləndirirdilər. «Azadlıq» blokunun liderləri isə dedilər ki, oturaq mitinqə qərar veriləndə bu variantdan istifadə olunacaq.



Ənənəvi marşrut üzrə - metronun "20 Yanvar" stansiyasından keçmiş "Qələbə" kinoteatrının qarşısına qədər keçirilən 13 noyabr yürüş-mitinqinə Müsavat, AXCP, ADP ilə birlikdə "YeS" bloku, Milli İstiqlal partiyası və Milli Birlik Hərəkatı da qoşulmuşdu. Mitinqçilər «Yeni seçki», «Azadlıq», «İstefa» şüarları səsləndirirdilər. Bu dəfə də yürüş-mitinqdə «Çağrı», «Məqam» və «Yeni Fikir» gənclər təşkilatları iştirak edirdilər. Onlarla birlikdə təşkilatlarda olmayan gənclər də çox idi.



Mitinqin qətnaməsində göstərilir ki, yeni seçkilər keçirilməli, akademik Eldar Salayev başda olmaqla seçkiqabağı həbs olunanlar azadlığa buraxılmalı, jurnalist Elmar Hüseynovun qatilləri tapılmalıdır.



Növbəti mitinq noyabrın 18-nə təyin olunub.



Bakı şəhər Baş Polis İdarəsinin məlumatına görə, aksiyada asayiş pozulmayıb.
XS
SM
MD
LG