Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:06

Yeni parlament seçkilərinə ehtiyac varmı?


Səs: Real audio
Prezident Aparatı İctimai-Siyasi Şöbənin müdiri Əli Həsənov isə

müxalifəti dialoqa çağırır «Panorama»nın bu şənbə qonaqları parlament seçkilərində «Azadlıq» blokunun namizədi olan Arif Hacılı və bitərəf namizəd Gültəkin Hacıyevadır.



Söhbətdə həmçinin «Gün səhər» qəzetinin şərhçisi Elxan Şahinoğlu və «Yeni Azərbaycan» qəzetinin əməkdaşı Aqşin Şahinoğlu da iştirak edir.



Gültəkin Hacıyeva deyir ki, yeni seçkilərə ehtiyac yoxdur. Çünki saxtakarlıqlar hakimiyyətin etiraf etdiyi kimi təqribən 20-30 dairəni əhatə edir. Onun sözlərinə görə, Mərkəzi Seçki Komissiyası Azərbaycanın beynəlxalq imicinə xələl gəlməməsi üçün bu dairələrdə çox ciddi araşdırma aparıb haqq ədaləti bərpa etməlidir. Gültəkin Hacıyeva hesab edir ki, prezident İlham Əliyev də elə bunu istəyir.



Arif Hacılı isə hesab edir ki, ən azı 70-80 dairədə araşdırma aparılmalı və bu zaman xalqın səsini qazanan adamın mənafeyi tam təmin edilməlidir. Onun sözlərinə görə, baş verən saxtakarlıqlar məhz mərkəzi hakimiyyətin tapşırıqları əsasında törədilib. Ona görə də Arif Hacılı hesab edir ki, hadisələrin sonrakı inkişafı məhz xalqın mövqeyindən aslı olacaq.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG