Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:55

Elmar Məmmədyarov Avropa İttifaqı ölkələrinin səfirləri ilə görüşüb


Səs: Real audio
Prezident Aparatı İctimai-Siyasi Şöbənin müdiri Əli Həsənov isə

müxalifəti dialoqa çağırır Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov noyabrın 11-də Avropa İttifaqı ölkələrinin Azərbaycandakı səfirləri ilə görüşüb.



Xarici İşlər Nazirliyinin Mətbuat Mərkəzindən «AzərTAc» Agentliyinə bildiriblər ki, görüşdə noyabrın 6-da keçirilmiş parlament seçkisinin yekunları, Avropa İttifaqı-Azərbaycan münasibətləri və bu əməkdaşlıq üzrə bir sıra təşkilati məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.



Seçki zamanı baş vermiş qanun pozuntuları və beynəlxalq müşahidəçilər missiyasının ilkin hesabatı ilə bağlı şərh verən nazir bildirib ki, iki dairədə və bir sıra məntəqələrdə səsvermənin nəticələri ləğv edilib, seçkilərə qanunsuz müdaxilədə təqsirli bilinən yerli icra hakimiyyəti strukturlarının başçıları vəzifələrindən kənarlaşdırılıb, seçki saxtakarlığında əli olan insanlar barədə cinayət işləri başlanıb. Hazırda Mərkəzi Seçki Komissiyası və prokurorluq orqanları tərəfindən araşdırmalar aparılır.



Görülən tədbirlərin təqdirəlayiq olduğunu bildirən qonaqlar, prezidentin seçki ilə bağlı sərəncamlarını yüksək qiymətləndiriblər. Onların fikrincə, yeni parlamentin legitimliyi sual altına alına bilməz. Baş vermiş bəzi nöqsanlarla bağlı MSK tərəfindən araşdırmaların və Baş Prokurorluğun gördüyü zəruri tədbirlərin başa çatdırılmasının əhəmiyyəti qeyd olunub. Qonaqlar əmin olduqlarını bildiriblər ki, bütün tədbirlər Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə həyata keçiriləcək.



Son zamanlar Azərbaycandan tanınmamış Şimali Kiprə uçuşların həyata keçirilməsi ilə bağlı narahatlığını ifadə edən Yunanıstan səfirinin sualına cavabında nazir deyib ki, bu uçuşlar Şimali Kiprin türk əhalisinin humanitar, iqtisadi təcridinin aradan qaldırılması ilə əlaqədar BMT və Avropa İttifaqı tərəfindən bəyan olunmuş çağırışla bağlı fərdi iş adamlarının həyata keçirdikləri işgüzar xarakterli addımlardır.



Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
XS
SM
MD
LG