Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 22:59
Rubrikalar

Telefon pulu qaldırıla bilər


Səs: Real audio
Prezident Aparatı İctimai-Siyasi Şöbənin müdiri Əli Həsənov isə

müxalifəti dialoqa çağırır - Ukrayna və Azərbaycan arasında neft sektorunda əməkdaşlığa dair hökumətlərarası saziş imzalanacaq. İndi saziş layihəsinin hazırlanması üzərində iş gedir.



Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev məlumat verib. Onun bildirdiyinə görə, sazişdə Ukraynanın milli «UkrNeftQaz» şirkətinin Azərbaycanın neft və qaz yataqlarında digər xarici şirkətlərlə birgə işləməsi nəzərdə tutulur.



Sazişin Ukrayna prezidenti Viktor Yuşşenkonun Azərbaycana gözlənilən səfəri çərçivəsində imzalanması nəzərdə tutulur. Cənab Yuşşenkonun səfəri müddətində Azərbaycan neftinin Ukraynadan keçməklə Avropaya çıxarılması məsələlərinin müzakirəsi də planlaşdırılır.



- Telefon pulu qaldırıla bilər. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi telefon danışıqlarına görə aylıq ödənişlərin artırılmasını müzakirə edir.



Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib. Onun sözlərinə görə, indi nazirlik Tarif Şurasına təqdim etmək üçün təkliflərini hazırlayır. Əli Abbasov deyir ki, indiki qiymət, yəni 3300 manat hər bir telefona göstərilən xidmətə çəkilən xərclərdən 4 dəfə ucuzdur. Nazir bildirib ki, əgər aylıq ödəniş 5500 manata qaldırılsa, onda şəhərlərarası danışıqların qiymətini iki dəfə aşağı salmaq mümkün olar.



- Noyabrın 11-ə olan məlumata görə, Milli Bankda 1 dollar 4595, 1 avro 5 374, 1 rubl isə 159 manatdır.
XS
SM
MD
LG