Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:18

Avropa İttifaqı və ABŞ saxtakarlıqları araşdırmağa çağırır


Səs: Real audio
Prezident Aparatı İctimai-Siyasi Şöbənin müdiri Əli Həsənov isə

müxalifəti dialoqa çağırır «Avropa Birliyi (AB) təəssüf edir ki, Azərbaycanda 6 noyabr parlament seçkisi bir sıra öhdəliklərə uyğun keçirilməyib». Qurumun son üç gündə yaydığı ikinci bəyanatda belə deyilir. Sənəddə o da vurğulanır ki, seçki məntəqələrinin əksəriyyətində səsvermə protokolları hazırlanarkən yaranmış problemlər, həmçinin icra qurumlarının ayr-ayrı namizədlərin xeyrinə səsvermə prosesinə müdaxiləsi haqda məlumatlar Avropa Birliyində narahatlıq doğurur.



AB hesab edir ki, fırıldaqçılıq və saxtakarlıq barədə şikayətlərin olduğu dairələrin hərtərəfli, çevik və şəffaf araşdırılması, lazımi tədbirlərin görülməsi çox vacibdir. Təşkilat eyni zamanda şikayətlərin araşdırılması prosesini də diqqətlə izləyəcəyini bildirir: «Şikayət və müraciətlərə faktlar əsasında, hüquqi və inzibati mexanizm yolu ilə baxılması vacibdir».



Bəyanatda Azərbaycanın hökumət orqanları seçkilər zamanı yaranmış problemlərin həlli məqsədilə ATƏT-lə əməkdaşlığa dəvət olunur.



Sənəddə o da deyilir ki, Avropa Birliyi ölkə başçısı İlham

Əliyevin seçki zamanı tutduğu vəzifədə nöqsana yol verən və cinayət əməli törədən şəxslərin məsuliyyətə cəlb olunması haqda fikirlərindən razı qalıb.



«Amerika Birləşmiş Ştatları ümid edir ki, seçki zamanı baş vermiş qanun pozuntuları aradan qaldırılacaq, cinayətkarlar cəzalandırılacaq».



Bunu isə ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş noyabrın 11-də mediaya açıqlamasında deyib. O, söyləyib ki, Vaşinqton Azərbaycan hakimiyyətini seçki protokollarını diqqətlə araşdırmağa və daha çox səs almış şəxslərə deputat mandatı verməyə çağırır. Səfir həmçinin vurğulayıb ki, Mərkəzi Seçki Komissiyasına daxil olan bütün şikayətlər diqqətlə araşdırılmalıdır.



Prezident Aparatı İctimai-Siyasi Şöbənin müdiri Əli Həsənov isə «Azadlıq» radiosuna açıqlamasında hökumətin seçki zamanı yaranmış şikayətləri diqqətlə araşdırdığını bildirdi. Seçki zamanı yaranmış problemlərin həlli məqsədilə ATƏT-lə əməkdaşlığa gəlincə, cənab Həsənov deyir ki, bu problem deyil. O, həmçinin bazar günü etiraz aksiyası keçirməyə hazırlaşan müxalifəti problemi danışıqlar yolu ilə həll etməyə və dialoq masası arxasında oturmağa çağırdı.



Müsavat Partiyası başqanının müavini Vurğun Əyyub isə hesab edir ki, müxalifət hər zaman dialoq təşəbbüsünü müsbət qiymətləndirib: «Amma seçki saxtakarlıqları hüquqi müstəvidə araşdırılmırsa, hansı danışıqdan söhbət gedə bilər?!»
XS
SM
MD
LG