Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:32

Canni Bukikkio: «Demokratik seçki mentalitet dəyişikliyindən keçir»<p align=`left`><br><br>


Səs: Real audio
Venesiya Komissiyasının katibi «mentaliteti dəyişmək üçünsə ən yaxşı vasitə pozuntulara yol verənlərin cəzalandırılmasıdır» - deyir Avropa Şurası Venesiya Komissiyasının katibi Canni Bukikkio ümid edir ki, 6 noyabr parlament seçkisində saxtakarlıq edənlər cəzalandırılacaq. Komissiya Seçki Məcəlləsinin təkmilləşdirilməsi üçün hökumətlə işi davam etdirəcək. Cənab Bukikkio noyabrın 11-də «Azadlıq» radiosunun suallarına cavab verərkən belə dedi: «Ümid edirəm ki, bütün pozuntular araşdırılacaq, saxtakarlıq edənlər cəzalandırılacaq. Bu, çox mühümdür, çünki, məncə, Azərbaycanda azad və ədalətli seçki keçirməyin yeganə yolu mentaliteti dəyişməkdir. Mentaliteti dəyişmək üçünsə ən yaxşı vasitə pozuntulara yol verənlərin cəzalandırılmasıdır».



Canni Bukikkio deyir ki, noyabrın 11-də prezident İlham Əliyevlə görüşündə seçkidən danışmayıblar, ölkə başçısı Konstitusiyanın 10 illiyi münasibətilə çıxış edib. Ancaq qeyri-rəsmi söhbətdə o, İlham Əliyevə seçkidə saxtakarlığa yol verənlərin cəzalandırılmasıyla bağlı fikrini bildirib.



Cənab Bukikkio parlament seçkisinə verdiyi qiymətin Beynəlxalq Müşahidə Missiyasının ilkin rəyinə əsaslandığını deyir, missiya isə seçkinin beynəlxalq standartlara uyğun gəlmədiyini bəyan etmişdi.



Seçkidən bir neçə gün əvvəl Venesiya Komissiyası Seçki Məcəlləsinə düzəlişlərlə bağlı yekun rəyində deyirdi ki, həmin düzəlişlər əsasən texniki xarakter daşıyır, əsas tövsiyələr isə yerinə yetirilməyib. Qurumun katibi bildirir ki, onlar məcəllənin beynəlxalq standartlara uyğun gəlməsi üçün işi davam etdirəcəklər: «Xüsusilə seçki komissiyalarının tərkibi və şikayətlərin baxılmasıyla bağlı məcəlləyə dəyişikliklər edilə bilər».



Canni Bukikkio bir daha vurğulayır ki, hazırkı məcəlləylə də daha yaxşı seçki keçirmək olardı. «Ancaq qanun bir şeydir, onun yerinə yetirilməsi başqa. Gələn dəfə daha yaxşı keçirmək üçünsə siyasi mədəniyyət, seçicilərin və seçki rəsmilərinin mentaliteti dəyişməlidir» - deyə o, bildirir.
XS
SM
MD
LG