Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:10

Məktəbli rəssamların müsabiqəsi


Səs: Real audio
«Xaricdən mənəvi və maddi dəstək olmasa, Azərbaycanda yerli müxalifətin hökumətə qarşı durmaq imkanları məhduddur» Məktəbli rəssamlar özlərini müsabiqədə də sınaya bilərlər. Danimarka yazıçısı Hans Kristian Andersenin adı ilə bağlı "Mənim nağıl dünyam" adlı müsabiqəni Azərbaycan Rəssamlar İttifaqı YUNESKO ilə birgə keçirir.



Rəssamlar İttifaqının informasiya və xarici əlaqələr şöbəsinin rəhbəri Ənvər Qarayev deyir ki, müsabiqə 3 yaş qrupundan olan məktəblilər arasında keçirilir:



"Müsabiqə 3 yaş qrupu – 9-10, 11-13 və 14-17 yaş aralarında olan məktəblilər arasında keçirilir. Hər qrupdan 3 qalib müəyyənləşdiriləcək. Ümumilikdə 9 mükafat olacaq".



Nağıllara, xüsusən Andersenin əsərlərinə həsr olunmuş işlər noyabrın 30-dək Rəssamlar İttifaqına təqdim edilməlidir. Ənvər Qarayevin sözlərinə görə, dekabrın ikinci yarısında müsabiqəyə təqdim olunan əsərlərdən 100-nün sərgisi keçiriləcək. Qaliblərə diplomlar, əsəri sərgidə nümayiş etdirilən məktəblilərə isə Azərbaycan və ingilis dillərində nağıl kitabları veriləcək.
XS
SM
MD
LG