Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:23

<i>«Üç nöqtə»</i>: «Bir çox yerlərdə qiymətlər yeni manatla göstərilmir»


Səs: Real audio
Yeni Azərbaycan Partiyası 60 mandat qazanıb «Azadlıq» qəzetində «Baş Pokurorluğun bülleten «oğrusu» başlıqlı məqalə dərc olunub. Yazıda bildirilir ki, dövlət onu bu addımı atmağa məcbur edib. Məqalədə bəyan edilir ki, Baş Prokurorluğun işçiləri seçkini saxtalaşdırmaq istəyən məntəqə sədrinin əvəzinə, onu ifşa edən namizədi həbs ediblər.



Qəzet yazır ki, belə hallar seçki prosesində iştirak edənlərlə yanaşı, sıravi vətəndaşları da aqressivləşdirir. Yazıda qeyd olunur ki, özünə zərbəni iki nazirini həbs etməklə vuran iqtidar, seçki saxtakarlığına getməklə vəziyyətini daha da gərginləşdirib.



«Üç nöqtə» qəzetindəki «Bir çox yerlərdə qiymətlər yeni manatla göstərilmir» başlıqlı məqalədə Rəşad Sadıqov yazır ki, bu məsələ ilə bağlı Vergilər Nazirliyi ciddi tədbirlər həyata keçirsə də, ictimaiyyətin köməyinə də ehtiyac var. Məqalədə bildirilir ki, adıgedən nazirlikdən verilən məlumata görə, paytaxtla yanaşı, bəzi bölgələrdə qiymətlər yeni manatla göstərilmir.



Müəllif yazır ki, Azərbaycanda pul nişanlarının normal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi haqqında ölkə başçısının 7 fevral 2005-ci il tarixli fərmanının icrası ilə bağlı hökumətin həyata keçirdiyi tədbirlər davam edir. Bu sənədə uyğun olaraq, oktyabrın 1-dən etibarən ticarət, ictimai iaşə, xidmət və digər obyektlərdə malların, xidmətlərin qiymətləri və taarifləri köhnə və yeni manatla göstərilməlidir.
XS
SM
MD
LG