Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:15
Rubrikalar

9 ayda 40 min avtomobil


Səs: Real audio
Yeni Azərbaycan Partiyası 60 mandat qazanıb - Yaponiya hökuməti "Günəşli" yatağından çıxarılan səmt qazından istifadə layihəsinin hazırlanması üçün Azərbaycana 500 min dollara yaxın qrant ayıracaq.



Bu haqda sazişi noyabrın 10-da Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Natiq Əliyev və Dünya Bankının Cənubi Qafqaz üzrə direktoru Donna Dousset-Koyrolo imzalayıblar.



Natiq Əliyev bildirib ki, indi "Günəşli" yatağında sutkada 1.6 milyon kubmetr aşağı təzyiqli qaz yandırılır. Onun sözlərinə görə, Yaponiya hökumətinin ayırdığı qrant nəinki bu qazın utilizasiyası layihəsini hazırlamağa, eləcə də səmt qazının atmosferə axmasının qarşısını almağa imkan verəcək.



- Bu ilin 9 ayında ölkəyə 40 minə yaxın avtomobil gətirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 1.7 dəfə çoxdur. Bu həm də son illərdə ən yüksək göstəricidir. İndi Azərbaycanda 660 mindən çox avtomobilin olduğu bildirilir.



- Noyabrın 10-a olan məlumata görə, Milli Bankda 1 dollar 4 595, 1 avro 5 402, 1 rubl isə 159 manatdır.
XS
SM
MD
LG