Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:05

MSK yekun nəticələri yayıb


Səs: Real audio
Yeni Azərbaycan Partiyası 60 mandat qazanıb Mərkəzi Seçki Komissiyası (MSK) qanuna müvafiq olaraq üçüncü çağırış Milli Məclisə seçkinin nəticələrini dərc edib və internet səhifəsində (www.infocenter.gov.az) yerləşdirib.



Bu haqda Müstəqil Mətbuat Mərkəzinin noyabrın 10-da yaydığı məlumatda deyilir.



Partiyaların siyahısında Yeni Azərbaycan Partiyası 60 namizədlə liderdi. Müsavat Partiyası beş və AXCP üç mandatla sonrakı yerləri tutur. «Ana Vətən» və Vətəndaş Həmrəyliyi partiyaları hərəyə iki mandat qazanıb. Ümid, Sosial Rifah, Demokratik İslahatlar, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş və Vətəndaş Birliyi partiyaları hərəyə bir yer əldə edib.



42 deputat bitərəfdir, üç nəfərinsə partiya mənsubiyyəti göstərilməyib.



Nəticələri ləğv edilmiş 9 saylı Binəqədi ikinci və 42 saylı Sumqayıt ikinci və 31saylı Suraxanı ikinci seçki dairəsinin 8, 13, 17, 18, 20, 22, 23, 24, 25 və 28saylı seçki məntəqələri və 8 saylı Binəqədi birinci seçki dairəsinin 4, 5, 7, 9, 10, 13, 14, 18, 20, 21, 22 və 25 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri etibarsız hesab edildiyindən burda öz əksini tapmayıb.



«Seçkilər» İnformasiya Mərkəzinin internet səhifəsində 123 dairə üzrə bütün protokol məlumatları, o cümlədən, namizədlərin adları, onların topladıqları səslərin sayı və faizi göstərilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG