Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:52

119 saylı dairədə «ekzit-pol»un nəticəsi dəyişdirilib


Səs: Real audio
Murtuz Ələsgərov təkrar spiker ola bilər ABŞ-ın «PA Consulting Group» şirkəti 119 saylı Ağdam kənd seçki dairəsində keçirdiyi «ekzit-pol»un nəticələrində dəyişiklik edib.



İlkin məlumatlarda bu dairədə Müasir Müsavat Partiyasının sabiq üzvü Təhmasib Novruzovun qalib gəldiyi elan olunsa da, indi «Azadlıq» seçki blokunun namizədi Əsgər Əhmədin səs çoxluğu qazandığı bildirilir. İkinci yeri YAP-ın namizədi, «Azərbaycan» qəzetinin redaktoru Bəxtiyar Sadıqov, sonuncu yerlərdən birini isə Təhmasib Novruzov tutub.



Əsgər Əhməd deyir ki, o, təkcə «ekzit-pol»da deyil, səsvermənin həqiqi nəticələrində də qalibdir: «Bunu təsdiqləyəcək protokollar əlimdədir».



Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov isə bir neçə gün öncə bildirmişdi ki, 119 saylı Ağdam kənd seçki dairəsinin nəticələri araşdırılmaqdadır.



MSK-nın ilkin məlumatında 119 saylı Ağdam kənd seçki dairəsindən Bəxtiyar Sadıqovun qalib gəldiyi bildirilir.



«PA Consulting Group»-dan məsələ ilə bağlı hər hansı açıqlama vermək istəmədilər.
XS
SM
MD
LG