Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:36

YAP-ın qələbə mitinqi!


Səs: Real audio
Murtuz Ələsgərov təkrar spiker ola bilər Noyabrın 10-da Yeni Azərbaycan Partiyası (YAP) parlament seçkisində qələbə qazanması münasibətilə yürüş-mitinq keçirdi. Metronun «20 Yanvar» stansiyasının yanından başlayan yürüş Dövlət Film Fondunun (keçmiş «Qələbə» kinoteatrı) qarşısında mitinqlə başa çatdı.



Aksiyada çıxış edən YAP icra katibi Əli Əhmədov dedi ki, noyabrın 6-da keçirilən parlament seçkisi Azərbaycanda demokratiyanın təntənəsi oldu. Onun sözlərinə görə, xalq hakim partiyaya səs verməklə ölkədə sabitliyi, inkişafı və rifahı dəstəkləyib. Cənab Əhmədov noyabrın 9-da «Azadlıq» seçki blokunun keçirdiyi mitinqə də toxunaraq, «bayrağının rəngini dəyişənlər Azərbaycana yaxşı heç nə vəd edə bilməzlər» - söylədi.



Gün ərzində isə «Azadlıq» radiosunun redaksiyasına müxtəlif telefon zəngləri olurdu. Ali məktəb tələbələri, zavod işçiləri olduqlarını deyən bu şəxslər (Məsələn, tibb işçisi olduğunu deyən Rəna Quliyeva) məcburən YAP-ın mitinqinə aparıldıqlarını bildirirdilər. Prezident Aparatı İctimai-Siyasi Şöbəsinin müdiri Əli Həsənov isə deyir ki, yüz minlərlə üzvü olan YAP-ın belə addımlar atmağa ehtiyacı yoxdur.



YAP icra katibi Əli Əhmədov isə jurnalistlərlə söhbətində seçkidə qələbə qazanmış hakim partiyanın yeni parlamentə rəhbərlik etmək üçün yenə də Murtuz Ələsgərovun namizədliyini irəli sürəcəyini bildirdi.
XS
SM
MD
LG