Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 04:40

«Jurnalistləri Müdafiə Komitəsi» mediaya təzyiqləri pisləyir<p align=`left`><br><br>


Səs: Real audio
Təşkilatın icraçı direktoru Ann Kuper: «Bu hərəkətlər bir daha göstərir ki, seçki beynəlxalq standartlara uyğun keçməyib» «Jurnalistləri Müdafiə Komitəsi» Azərbaycanda 6 noyabr parlament seçkisindən əvvəl və səsvermə günü mətbuat işçilərinə qarşı zorakılıqları pisləyir: «Hökumət rəsmiləri ən azı üç xarici xəbər agentliyinin canlı yayımının qarşısını alıb. Bundan başqa, yerli və xarici məlumatlara görə, seçkini işıqlandıran bir neçə yerli jurnalist qorxudulub».



Təşkilatın icraçı direktoru Ann Kuper deyir: «Prezident İlham Əliyev hökuməti yenə də jurnalistlərin seçkini azad işıqlandırmasına mane olub, onları qorxudub. Bu hərəkətlər bir daha göstərir ki, seçki beynəlxalq standartlara uyğun keçməyib».



«Jurnalistləri Müdafiə Komitəsi» Nyu-Yorkda yerləşir, müstəqil təşkilatdır, məqsədi dünyada mətbuat azadlığını müdafiə etməkdir.
XS
SM
MD
LG