Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:54

Misirdə Azərbaycan mədəniyyəti günləri keçiriləcək


Səs: Real audio
Mitinqçilər tez-tez «Çadırlar meydana!» şüarları səsləndirirdilər "Qlobus"un bu dəfəki qonaqları :



- Azərbaycan–Kanada Dostluq Assosiasiyasının nümayəndəsi Laləzər Ramon;



- Ümumrusiya Azərbaycanlıları Konqresinin Buryatiya regional bölməsinin sədri Cəfər Yusifov.



- Laləzər Ramon on ildir ki, Kanadanın Toronto şəhərində yaşayır. "Emigration Consulting" şirkətində mühacirət üzrə məsləhətçi kimi çalışır. 30 ilə yaxındır ki, Azərbaycanı tərk edib və Kanadadan qabaq müxtəlif ölkələrdə yaşayıb. Laləzər xanım həm də 3 il əvvəl yaradılmış Azərbaycan-Kanada Dostluq Assosiasiyasının sədr müavinidir.



Laləzər xanım deyir ki, Kanadaya köçən azərbaycanlılar arasında vətənə qayıdanlar da var.



- Rusiyanın Buryatuya Respublikasından Cəfər Yusifov Ulan-Ude şəhərində yaşayır. 24 il əvvəl Rusiyanın bu regionuna oxumağa gəlib və təhsilini başa çatdırdıqdan sonra Buryatiyada qalıb. Uzun müddət ticarət sahəsinda çalışıb, Rusiyanın əməkdar ticarət işçisi adına layiq görülüb. Hazırda bizneslə məşğuldur.



O, həm də Ümumrusiya Azərbaycanlıları Konqresinin Buryatiya bölməsinin sədridir. Cəfər bəy deyir ki, Buryatiya Respublikasında rəsmən 5 min, qeyri-rəsmi olaraq isə 7 minə yaxın azərbaycanlı yaşayır.



- Noyabrın 9-14-də Misir Ərəb Respublikasında Azərbaycan mədəniyyəti günləri keçiriləcək. Misirlilər bir həftə ərzində Qahihərədə nümayiş etdiriləcək sərgidə Azərbaycan rəssamlarının əsərləri, qədim sənət nümunələri, məişət əşyaları və musiqi alətləri ilə tanış olacaqlar.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG