Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:49

Ağstafadan yeddi namizəd nəticələrin ləğvini tələb edir


Səs: Real audio
Mitinqçilər tez-tez «Çadırlar meydana!» şüarları səsləndirirdilər 100 saylı Ağstafa seçki dairəsindən namizədliyi irəli sürülən yeddi nəfər nəticələrin ləğv edilməsi üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib. Müraciəti imzalayanlardan biri Şamil Allahverdiyev deyir ki, yalnız bir namizəd – Yeni Azərbaycan Partiyasının üzvü olan Eldar Hacıyev etiraza qoşulmur. Cənab Hacıyev isə bu barədə «Azadlıq» radiosuna müsahibəsində bildirir ki, nəticənin belə olacağını əvvəlcədən gözləyirdi. «Bütün ölkədə necə, burda da elə» deyən hakim partiyanın təmsilçisi söyləyir ki, nəticələrə etiraz etməyin bir effekti olmayacaq. Həmsöhbətimiz olan digər namizədlər isə bu fikirlə razılaşmırlar.



100 saylı Ağstafa seçki dairəsinin sədri Tamerlan Eyyubov isə deyir ki, MSK-nın və Baş Prokurorluğun bu dairədən elan olunan nəticələrlə bağlı yoxlama aparmasının əleyhinə deyil. O, əmindir ki, dairə üzrə heç bir qanun pozuntusu aşkarlanmayacaq.



Bu dairədən 15 nəfər qeydiyyata alınıb. Səsvermə gününə qədər altı nəfər namizədliyini geri götürüb.



İlkin nəticələrə görə, 100 saylı Ağstafa seçki dairəsindən YAP-ın siyahısından namizəd olan Nizami Quliyev qalib gəlib.



106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsindən namizəd olan Ədalət Partiyasının sədri İlyas İsmayılov da seçkinin nəticələrindən narazıdır və o, məsələnin araşdırılması ilə bağlı həm prezidentə, həm də MSK-ya müraciət edib. Bu dairə üzrə ilkin hesablamalar nəticəsində bitərəf İlqar Qılıcov qalib elan olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG