Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:36

YAP Naxçıvan Ali Məclisinə seçkidə qalib gəlib


Səs: Real audio
Mitinqçilər tez-tez «Çadırlar meydana!» şüarları səsləndirirdilər Naxçıvan Muxtar Respublikası Ali Məclisinə 45 seçki dairəsində aparılan seçkidə Yeni Azərbaycan Partiyası 38, bitərəflər 5, AXCP-i isə 2 yer qazanıb.



Bunu noyabrın 9-da mətbuat konfransı keçirən Naxıçıvan Mərkəzi Seçki Komissiyasının sədri Məhərrəm Qasımov deyib. Onun sözlərinə görə, ən çox səs toplayan namizəd Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovdur - 77.9%.



Cənab Qasımov indiyə qədər rəhbərlik etdiyi quruma seçki ilə bağlı hər hansı şikayətin daxil olmadığını da sözlərinə əlavə edib.



AXCP-nin Naxçıvan təşkilatından isə «Azadlıq» radiosuna bildiriblər ki, Ali Məclisə seçilmiş iki nəfər 2000-ci ildə partiya sıralarından xaric edilib.
XS
SM
MD
LG