Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:52

<i>«Xalq Cəbhəsi»</i>: «Baş Prokurorluq bir neçə seçki dairəsi ilə bağlı cinayət işi açıb»


Səs: Real audio
Ancaq daha çox iş görmək lazım gəldiyini vurğulayır «Üç nöqtə» qəzetindəki «Divarlar deputatlığa namizədlərin şəkillərindən təmizlənir» başlıqlı məqalədə Bəxtiyar yazır ki, posterlər və platformalar üçün xüsusi yerlər ayrılmasına baxmayaraq, namizədlər harda gəldi plakatlar yapışdırıblar. Məqalədə bildirilir ki, indi Mənzil İstismar Sahəsinin işçilərini səsvermənin nəticələrinin necə olacağından daha çox, divarların təmizlənməsi narahat edir. Çünki onlara bu işlərin görülməsi üçün 4-5 gün vaxt ayrılıb və bundan ötrü əməkhaqqı da almayacaqlar.



«Xalq Cəbhəsi» qəzetindəki «Baş Prokurorluq bir neçə seçki dairəsi ilə bağlı cinayət işinə başlayıb» başlıqlı məqalədə Sədi yazır ki, 9 saylı Binəqədi və 42 saylı Sumqayıt 2-ci seçki dairələri üzrə Baş Prokurorluğa göndərilən materiallar əsasında istintaq aparılır. Məqalədə bildirilir ki, indiyə kimi parlament seçkisi ilə bağlı prokurorluq orqanlarına 39 müraciət göndərilib. Müəllif yazır ki, əməlində Cinayət Məcəlləsinin 160.1 maddəsi olan (seçki komissiyalarının qanuni fəaliyyətinə mane olma) halları olan məmurlar məsuliiyətə cəlb ediləcəklər.
XS
SM
MD
LG