Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:45

Kimdir müqəssir?...


Səs: Real audio
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun sözçüsü Urdur Gunnorsdottir isə, onların ofisinə hansısa etirazın daxil olması barədə məlumatı olmadığı deyir Pis oxuyan tələbə, yoxsa tərəfkeşlik edən müəllim?



"Seçkilərdən bir gün sonra mənə dedilər ki, universitetdən qovulmusan. Bunun yalnız bir səbəbi var, o da siyasi fəaliyyətimdiri.



Bu, Azərbaycan Dövlət Pedoqoji Universitetinin Kimya fakültəsinin III kurs tələbəsi Sənan Ağacanovdur. O, parlament seçkilərinə bir həftə qalmış universitetin təyin etdiyi bir qrup tələbələr tərəfindən təqib olunduğunu və siyasi fəaliyyətinə görə universitetdən qovulduğunu deyir.



Universitetin rektor müavini Həmzə Əliyev isə deyir ki, Sənan Ağacanov universitetdən imtahanında kəsr olduğuna görə kənarlaşdırılıb:



"Mən Sənanın siyasi fəaliyyətlə məşğul olub olmadığını bilmirəm. O, ona görə qovulub ki, bir fəndən üç kəsr imtahanı var".



Sənan Ağacanov isə deyir ki, onun həqiqətən də imtahanlardan kəsri olub və imtahan verib. İmtahandan sonra fakültənin dekan müavini ona bildirib ki, təhsilini davam etdirə bilər. Sənan deyir ki, indi o, rektorun qəbuluna düşmək istəsə də, buna icazə vermirlər.
XS
SM
MD
LG