Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:21

Qalib kim olacaq?


Səs: Real audio
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun sözçüsü Urdur Gunnorsdottir isə, onların ofisinə hansısa etirazın daxil olması barədə məlumatı olmadığı deyir Ekspertlər bu suala qəti cavab verməyə bir qədər çətinlik çəkirlər. Onlar hesab edirlər ki, müxalifətin 6 noyabr seçkilərinin nəticələrinin ləğvinə nail olması bir neçə amildən asılıdır



Müstəqil ekspert Şahin Abbasov yada salır ki, müxalifət bundan əvvəl həm prezident, həm də parlament seçkilərinin nəticələrini tanımadığını bəyan edib. Ancaq hər iki halda o nəticələrin nəğvinə nail ola bilmədi.



Şahin Abbasov hesab edir ki, həm 2000-ci il parlament, həm də 2003-cü il prezident seçkilərindən sonra müxalifət vahid cəbhədə birləşməmişdi. Üstəlik, hakimiyyətə qarşı beynəlxalq təzyiqlər o qədər də güclü deyildi. Şahin Abbasov qeyd edir ki, indi parlament seçkilərinin nəticələrini nəinki «Azadlıq», üstəlik «YeS» bloku və Milli Birlik Hərəkatı da tanımadığını bəyan edib.



Ancaq ekspert hesab edir ki, müxalifətin vahid cəbhədə birləşməsi seçkinin nəticələrinin ləğv edilməsi və yenidən seçkilərin keçirilməsi üçün kifayət deyil. Əsas odur ki, əhalinin böyük əksəriyyəti müxalifəti müdafiə edəcək, yoxsa yox? Üstəlik, əksər beynəlxalq təşkilatların öz mövqelərində ardıcıl olmalarından da çox şey asılıdır. ATƏT və başqa qurumlar Gürcüstan və Ukraynada olduğu kimi Azərbaycanda da seçkinin nəticələrinin araşdırılmasını davamlı olaraq tələb etsələr, onda müxalifətin istəyinin reallaşması üçün əlverişli şərait yaranar.



«Gün səhər» qəzetinin redaktoru Arif Əliyev isə deyir ki, Şahin Abbasovun sadaladığı amillər bir-biri ilə çox sıx şəkildə bağlıdır. O hesab edir ki, beynəlxalq təşkilatların öz mövqelərində ardıcıl olmaları Azərbaycandakı siyasi qüvvələrin mübarizəsindən çox asılıdır.



Arif Əliyevin sözlərinə görə, «Azadlıq» blokunun 9 noyabr aksiyasından sonra qəti olaraq demək olacaq ki, müxalifətin gücü nə qədərdir və o, bu məqsədinə nail olacaq, yoxsa yox.



Ekspertlər hesab edirlər ki, hakimiyyətin əldə etdiklərini qoruması müxalifətdən, xalqın müxalifəti müdafiə edib-etməməsindən və beynəlxalq reaksiyalardan çox aslıdır.



Şahin Abbasov yenə sonuncu parlament seçkilərini yada salır. Onun sözlərinə görə, 2000-ci ildə də müxalifət bir neçə mandatı məhz təkrar seçkilərdə almışdı və bu, müxalifət düşərgəsinin parçalanmasını xeyli sürətləndirdi. Ancaq Şahin Abbasov bu variantın təkrarlanmasını o qədər də real saymır: "Çünki müxalifətin bundan qabaq görünməyən birliyi yaranıb. Məncə, onlar axıra qədər gedərlər".



Arif Əliyev isə bir qədər fərqli düşünür. O, hesab edir ki, hakimiyyət müəyyən dairələrdə təkrar seçkilər keçirməklə problemi doğrudan da həl edə bilər. Onun sözlərinə görə, bir neçə dairədə seçkinin nəticələrinin ləğv edilməsini də bir növ buna işarə kimi başa düşmək olar. Ancaq problemin həlli üçün hakimiyyətin konkret neçə dairədə güzəştə getməli olduğunu dəqiq demək çətindir.



Başqa bir ekspert Pərviz Əhmədov isə deyir ki, hakimiyyətin əldə etdiklərini qouruyub-qorumaması onun ölkənin gələcək taleyinə məsuliyyətli yanaşıb-yanaşmamasından da çox asılıdır. Çünki hakimiyyətin güzəştə getməməsi qarşıdurmanın gərginləşməsinə gətirib çıxara bilər ki, onda da Azərbaycanın beynəlxalq imicinə güclü zərbə dəyə bilər. Nəticədə Pərviz Əhmədovun sözlərinə görə, həm Qarabağ münaqişəsinin həlli, həm də ölkə daxilində iqtisadi islahatların aparılmasında Azərbaycan beynəlxalq dəstəkdən məhrum edilə bilər.
XS
SM
MD
LG