Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:58

Ekspertlər pozuntuları qruplaşdırırlar


Səs: Real audio
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun sözçüsü Urdur Gunnorsdottir isə, onların ofisinə hansısa etirazın daxil olması barədə məlumatı olmadığı deyir Seçkidə pozuntular iki cür törədilib. Bəzi məntəqələrdə əsasən şəffaf keçən səsvermə bitəndən sonra səslərin sayılmasında, bəzikərində isə elə səhərdən pozuntulara yol verilib



Ən birinci pozuntu kimi seçici siyahılarında olan qeyri-dəqiqlik göstərilir. Mən özüm seçki günü Əzizbəyov rayon ikinci seçki dairəsinin məntəqələrindən birində həmin mənzərənin şahidi oldum. Belə ki, növbədə duran seçicilər adlarını siyahıda tapa bilmirdilər. İşıqların sönməsi işə gedəcəklərini deyən seçicilərin əsəblərini bir az da gərginləşdirdi. Onlar deyirdilər ki, işdən onlara əvvəlcə səs verib, sonra işə gəlmək tapşırılıb.



Həmin dairənin başqa bir – nisbətən mərkəzi yerdə olan məntəqəsində isə seçkinin gedişi daha şəffaf görünürdü.



Mən oxşar vəziyyəti 23 saylı Nəsimi-Səbail dairəsinin bir neçə məntəqəsində də müşahidə etdim.



"İnam" Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazi deyir ki, bu seçkinin azad və şəffaf keçirilməsi üçün bir neçə yeniliklərdən, məsələn, mürəkkəbdən istifadə olunsa da, seçki komissiyaları məsələsi öz həllini tapmadı.



Vahid Qazi bildirir ki, hakimiyyət seçkini pozmağa əvvəlcədən hazırlaşırdı. Məsələn, obyektivliyinə şübhə olmayan bəzi müşahidəçilər Azərbaycana buraxılmadı. O, İrena Lasotanın adını çəkir, ABŞ-ın Milli Demokratiya İnstitutuna dəvətnamənin gec göndərildiyini, heç kəsin tanımadığı "ekzit-pol" təşkilatlarının dəvət olunduğunu deyir.



Vahid Qazi Avropa Şurası, ATƏT müşahidəçilərinin bəyanatlarının da kifayət qədər sərt olmadığını deyir.



"Ayna" qəzetinin şərhçisi Sədrəddin Soltan parlament seçkisində yol verilən pozuntuları sadalayır:



- seçici siyahılarında qeyri-dəqiqlik olub



- məntəqə sədri bülletenləri müşahidəçilərə göstərməyib, ancaq təyin olunan adları elan edib



- karbonlaşdırılmış üçrəngli protokollara seçkinin nəticələri yazılmadan dairə seçki komissiyalarına aparılıb



- bəzi məntəqələrdə, xüsusən kənd məntəqələrində "karusel" metodundan istifadə olunub [təlimatlandırılan adamlar bir neçə məntəqədə səs veriblər]



- bir sıra məntəqələrdə barmaqlara vurulan mürəkkəblərin tərkibi zəif olub



- bazar günü istirahət günü olmasına baxmayaraq bir sıra məktəb, müəssisə işçiləri işə çağırılıb. Bu da seçkidə kütləvilik yaratmaq məqsədi güdüb.



Sədrəddin Soltanın dediyinə görə, məntəqələrdən saat 12-də nəticələri elan etmək mümkün idi. Ancaq müxalifət namizədləri olan dairələrin nəticələrinin elanı yubanıb, iqtidarın seçdirdiyi namizədlərin adları olan dairələrin nəticələri isə daha tez elan olunub.



Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov noyabrın 7-də keçiridiyi mətbuat konfransında dedi ki, onlara seçkidə pozuntularla bağlı 65 şikayət daxil olub, araşdıracaqlar. O bildirib ki, əsasən yerli icra hakimləri, polis səlahiyyətini aşaraq seçki prosesinə müdaxilə edib.



Prezident İlham Əliyevsə həmin gün bildirdi ki, seçki azad və ədalətli keçirilib, nəticələr Azərbaycan xalqının iradəsini əks etdirib. Ancaq prezident onu da qeyd edib ki, seçki günü müəyyən qanun pozuntuları da olub. Ona verilən məlumata görə, təxminən 7-8 dairədə. Prokurorluğa göstəriş verilib ki, qanun pozuntuları ciddi şəkildə araşdırılsın.



İlham Əliyev deyib ki, hansısa məmur özbaşınalığına, qanunsuz müdaxiləyə görə seçkilərin ümumi nəticələrinə zərbə dəyməsinə imkan verə bilməz. Prezidentin sözlərinə görə, 7

Günün bütün mövzuları

XS
SM
MD
LG