Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:40

Avropa İttifaqı və NATO saxtakarlıqları araşdırmağa çağırır<p align=`left`><br><br>


Səs: Real audio
ABŞ Helsinki Komissiyası isə seçkilərdən məyusluq ifadə edir «Avropa Birliyi Sədrliyi 6 noyabr tarixində keçirilən parlament seçkilərinin ATƏT, Avropa Şurası və digər Avropa standartlarına uyğun gəlmədiyinə dair ATƏT Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Müşahidə Missiyasının verdiyi qiyməti təəssüf hissi ilə nəzərə çatdırır».



Bu, Avropa Birliyi Sədrliyinin seçkiləri beynəlxalq Müşahidə Missiyası ATƏT DTİHB-in Azərbaycandakı parlament seçkisi barədə ilkin rəy və nəticələrinə dair yaydığı bəyanatdandır.



Sənəddə bildirilir ki, Avropa Birliyi Sədrliyi xüsusilə bir çox dairələrdə səslərin sayılması və hesablanması zamanı ciddi problemlərin olmasına, bəzi yerli İcra Hakimiyyəti başçılarının müəyyən namizədlərin xeyrinə müdaxiləsinə dair olan hesabatlardan narahatdır: «Saxtakarlığın və qanunsuzluğun baş verdiyi dairələrdəki şikayətlərin tam, tez bir zamanda və şəffaf şəkildə araşdırılması çox mühümdür və müvafiq tədbirin görülməsi zəruridir. Avropa Birliyi Sədrliyi bu şikayətlərə necə baxılmasını yaxından izləyəcək».



Bəyantda Avropa Birliyi bütün partiyaları, onların tərəfdarlarını və hakim dairələri qanunun aliliyinə hörmət etməyə və zorakı qarşıdurmadan çəkinməyə çağırır.



«Turan» İnformasiya Agentliyinin yaydığı məlumata görə isə, NATO-nun Baş katibi Yaap de Xoop Sxeffer Azərbaycan hakimiyyətini noyabrın 6-da səsvermə zamanı baş vermiş pozuntuları araşdırmağa və müvafiq tədbirlər görməyə çağırıb.



Baş katibin noyabrın 8-də yaydığı bəyanatında deyilir ki, ATƏT Müşahidə Missiyasının seçkilərin ATƏT qarşısında götürülmüş öhdəliklərə və Avropa Şurası standartlarına uyğun gəlməməsi barədə məlumatları narahatlıq doğurur: «Bu nöqsanlar təcili araşdırılmalı və lazımi tədbirlər görülməlidir» - deyə, bəyanatda vurğulanır.



Bu arada Birləşmiş Ştatların Helsinki Komissiyası Azərbaycanda keçirilən parlament seçkilərindən məyusluq keçirdiyini bildirib.



Təşkilatın bəyanatında deyilir ki, seçkilər zamanı çox saylı prosedur pozuntuları, qutuların bülletenlərlə doldurulması və müxalifət tərəfdarlarının qurxudulması halları baş verib.



Komissiya sədri, senator Sem Braunbekin sözlərinə görə, onlar ümid edirdilər ki, bu seçki Azərbaycanda demokratiya istiqamətində ilk addım olacaq. Seçki ərəfəsində prezident İlham Əliyev seçkinin mümkün qədər azad və ədalətli olması üçün bəzi müsbət texniki addımlar atıb. Amma təəssüflər olsun ki, qanunu tətbiq edən rəsmilər sınaqdan keçə bilmədilər. ATƏT-in rəyindən göründüyü kimi, Bakı Helsinki Aktı çərçivəsində üzərinə götürdüyü öhdəliklərə tam riayət edə bilmədi.



Helsinki Komissiyası kimi tanınan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyası 1975-ci il Helsinki razılaşmalarının tətbiqində tərəqqini izləyən Amerikanın dövlət agentliyidir.
XS
SM
MD
LG