Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:17

"Azadlıq" bloku noyabrın 9-da mitinq keçirəcək


Səs: Real audio
Blokun 10 noyabr aksiyasına isə icazə verilməyib Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) «Azadlıq» seçki blokuna noyabrın 9-da metronun «20 Yanvar» stansiyası-Dövlət Film Fondunun qarşısı marşrutu üzrə yürüş-mitinq keçirməyə icazə verib. Blokun noyabrın 10-da keçirmək istədiyi aksiyaya isə icazə verilməyib. Meriyanın Siyasi Partiyalarla İş Şöbəsinin müdiri Zaur Ramazanov buna həmin gün Yeni Azərbaycan Partiyasının eyni marşrut üzrə yürüş-mitinq keçirməsinin səbəb olduğunu bildirir.



«Azadlıq» blokunun noyabrın 12-də keçirmək istədiyi yürüş-mitinqlə bağlı müraciətinə isə meriyada baxılır .



Noyabrın 9-dakı aksiya ilə bağlı meriyanın cavab məktubunda göstərilir ki, mitinqdə dövlət atributlarının əleyhinə və hakimiyyətin səlahiyyətlərinə mane olmağa yönələn şüarlardan istifadə olunmamalıdır. Təşkilatçılara odlu və soyuq silahdan istifadənin qadağan olunduğu da xatırlanır.



«Azadlıq» blokunun Mitinq Komitəsinin üzvü Həsən Kərimov isə deyir ki, aksiyada seçki saxtakarlıqlarına etiraz, düzgün nəticələrin elan olunması şüarları səslənəcək.Onun sözlərinə görə, mitinqə Milli Hərəkat Partiyası da qatılacaq.



Cənab Kərimov bölgələrdə də aksiyaların keçirilməsinin planlaşdırıldığını bildirir.
XS
SM
MD
LG