Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:30

<i>«Bakı-Xəbər»</i>: «Müxalifət yol ayrıcında və seçim qarşısındadır»


Səs: Real audio
İnsan tələfatı və dağıntılar yoxdur «Bakı-Xəbər» qəzetindəki «Hakimiyyət «Azadlıq» blokunun namizədi Aydın Quliyevin qələbəsini Fazil Qəzənfəroğlunun xeyrinə yazdı» başlıqlı məqalədə Ruslan Xəlil yazır ki, bu kimi qanun pozuntularının sayı yüzlərlədir. Məqalədə bildirilir ki, amma nədənsə baş verənlərə hələlik müxalifətçilər tərəfindən sərt reaksiyalar yalnız sözlərdə verilir. Müəllif yazır ki, müxalifət partiyaları yol ayrıcında və həm də seçim qarşısındadırlar. İndi, yoxsa beş ildən sonra dilemması müxalifətin qəbul edəcəyi qərarı yubadır.



«Xalq Cəbhəsi» qəzetindəki «Dairələrdən pozuntuların olması faktlarının səsləndirilməsi narahatçılıq doğuran məsələdir» başlıqlı məqalədə bildirilir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov söyləyib. Məqalədə cənab Məmmədov deyir: «Kimsə deputat seçilsə belə, saxtakarlıq faktlarının aşkarlanması həmin şəxsin mandatının itirilməsinə gətirib çıxara bilər».



O, bildirir ki, yol verilən qanun pozuntuları müşahidəçilərin dediyi kimi həqiqətdirsə, bu, ölkə başçısının verdiyi sərəncamların birbaşa pozulması kimi qiymətləndirilməlidir. Natiq Məmmədov araşdırma aparmadan qəti fikir söyləməyin mümkün olmadığını da dilə gətirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG