Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:22

ABŞ seçki saxtakarlıqlarından narahatdır


Səs: Real audio
Birləşmiş Ştatlar bütün etirazlar, nümayişlərin dinc olmasını arzulayır ABŞ Dövlət Departamenti Azərbaycanda keçən seçkilərdə pozuntular olduğunu bildirib. Həmçinin əlavə edib ki, demokratik prinsiplərə riayət etmək Birləşmiş Ştatlar üçün mühümdür və bu, ikitərəfli münasibətlərə təsir göstərir. Qarşılıqlı əlaqələrin möhkəmliyi ölkədə aparılan demokratik, siyasi islahatlardan asılı olacaq. Xəbəri "Röyters" agentliyi yayıb.



"Associated Press" agentliyi isə Dövlət Departamentinin sözcüsü Adam Erelidən sitat gətirir: "Azərbaycan seçkilərində pozuntu, saxtakarlıq olub. Bu, bizi narahat edir".



Adam Erelinin sözlərinə görə, Azərbaycan hökuməti pozuntular, saxtakarlıqları qanunlara uyğun şəkildə təcili araşdırmalıdır. Cənab Ereli onu da deyib ki, Birləşmiş Ştatlar bütün etirazlar, nümayişlərin dinc olmasını arzulayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG