Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:43

Prezident seçkidə pozuntuları araşdırmağı tapşırıb


Səs: Real audio
"Səçkinin nəticələrinin şübhə altına alınmasına yol vərə bilmərəm" "Ölkə prokurorluğuna göstəriş vərilib ki, baş vərən qanun pozuntularını ciddi şəkildə araşdırsın. Vəzifədən sui-istifadə hallarına yol vərən, yaxud cinayət törədənlər inzibati və cinayət məsuliyyətinə cəlb olunacaqlar. Səçkilərin dəmokratik kəçirilməsi üçün bir nəçə aydır ki, çalışırıq. İndi mən yol vərə bilmərəm ki, hansısa məmur özbaşınalığı və ya qanun pozuculuğuna görə bütövlükdə səçkinin nəticələri şübhə altına alınsın".



Bu fikirləri prezident İlham Əliyev yerli mətbuata açıqlamasında bildirib. Onun fikrincə, əsas odur ki, seçicilərin istəkləri seçkinin nəticələrində öz əksini tapsın.



Nəticələrlə bağlı ümumi ab-havanın müsbət olduğunu söyləyən prezident Əliyev səsvermədə ən layiqli namizədlərin qalib gəldiyini bildirir. Prezident qeyd edir ki, ona verilən məlumatlara görə, 8-ə qədər dairədə seçkinin nəticələri ilə bağlı problemlər yaranıb. İlham Əliyev bu problemin də çözuləcəyini deyir.
XS
SM
MD
LG