Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:11

ATƏT seçkinin beynəlxalq standartlara uyğun olmadığını bildirir<p align=`left`><br><br>


Səs: Real audio
«Səsvermənin sakit keçməsinə baxmayaraq, seçki prosesi səslərin sayılması və xüsusilə hesablanması zamanı getdikcə pisləşib» ATƏT-in Müşahidə Missiyası noyabrın 6-da Azərbaycanda keçirilmiş parlament seçkisinin beynəlxalq standartlara uyğun olmadığını bildirir: «6 noyabr Milli Məclisə seçkilər ATƏT-in qoyduğu öhdəliklərin və Avropa Şurasının seçkilərin demokratik keçirilməsi üzrə dövlət standartlarının və öhdəliklərinin bir çoxuna cavab verməyib».



ATƏT-in yaydığı press-relizdə bildirilir ki, seçkiqabağı dövrdə bir sıra məsələlərlə bağlı, xüsusilə də namizədlərin qeydiyyata alınması ilə əlaqədar irəliləyişlər nümayiş etdirilsə də, seçki prosesinin əsas məqamları, məsələn, seçicilərin qeydiyyatı ilə bağlı ciddi şübhələr yaranıb və fundamental hüquqlardan olan sərbəst toplaşma azadlığı üzərinə məhdudiyyətlərin qoyulması kampaniyanı pozub: «Səsvermənin sakit keçməsinə baxmayaraq, seçki prosesi səslərin sayılması və xüsusilə hesablanması zamanı getdikcə pisləşib».



ATƏT seçkidə müşahidəçilərin məntəqələrdən uzaqlaşdırılması və xaric edilməsi hallarına da təsadüf olunduğunu bəyan edir.
XS
SM
MD
LG