Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:04

Adil Əliyev İsa Qəmbəri qabaqladı<p align=`left`><br><br>


Səs: Real audio
Parlament seçkisi ilə əlaqədar Azərbaycanda üç təşkilat «exit-poll» keçirib. Bunlar «Edison-Mitofski İnternational», «Saar Poll» və USAİD-in maliyyələşdirdiyi «PA Consulting Group»dur.



«PA Consulting Group»un apardığı «exit-poll»un nəticələrini təqdim edirik Axşam saat 20:00-dan sonra 20 saylı Nərimanov 2-ci seçki dairəsinin 18 saylı məntəqəsində bülletenlərin sayılması prosesi başladı. Məlum oldu ki, deputatlığa namizəd Adil Əliyev 253, Müsavat başqanı İsa Qəmbər 186, vəkil Aslan İsmayılov isə 73 səs toplayıb.



Nərimanov rayon 2-ci seçki dairəsində müşahidə aparan hüquq müdafiəçisi Novella Cəfəroğlu deyir ki, bəzi məntəqələrdə 16-cı Polis Bölməsinin rəisi Adil Əliyevin xeyrinə mülki geyimli polislər təbliğat aparıb, seçiciləri ona səs verməyə təhrik ediblər:



«Nərimanov dairəsində seçicilər adlarının siyahılara salınmaması problemiylə də üzləşirdilər və onları məhkəməyə göndərirdilər».



Nərimanov rayon Məhkəməsindən verilən məlumata görə isə, yüzlərlə seçici noyabrın 6-da adlarının siyahıya salınması üçün məhkəməyə müraciət edib.



Bu dairədə 14 namizəd rəqabət aparırdı. Əsas mübarizə Müsavat başqanı İsa Qəmbərlə Nərimanov rayon Polis İdarəsi 16-cı Polis Bölməsinin rəisi Adil Əliyev arasında gedirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG