Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:37

YAP rəsmisi: «Seçkinin nəticəsinə təsir edə biləcək pozuntular olmayıb»


Səs: Real audio
Əli Əhmədov: «PA Consulting Group»un keçirdiyi «exit-poll» bizi narahat edir «Səsvermə prosesində xırda qanun pozuntuları müşahidə olunub. Ancaq bu, seçkinin nəticələrinə təsir edə biləcək pozuntular deyil».



Bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov deyir. Onun sözlərinə görə, səsvermə prosesi bütövlükdə normal keçib: «Müxalifət seçki prosesi başa çatmamış onun nəticələrini tanımayacağını bəyan edib. Bu, seçkinin nəticələrinə kölgə salmaq və məğlubiyyəti indidən etiraf etməkdir».



Hakim partiyanın nümayəndəsi 1500-dən çox beynəlxalq və minlərlə yerli müşahidəçinin ümumən seçkinin demokratik keçidiyini etiraf etdiyini bildirir.



Əli Əhmədov: «PA Consulting Group»un keçirdiyi «exit-poll» bizi narahat edir. Çünki bu qurum gördüyü işə müxalifət nümayəndələrini cəlb edib. Bu isə sorğunun nəticələrini gölgə altına alır».



YAP icra katibi «Azadlıq» və digər blokların, eləcə də, bitərəf namizədlərin hakim partiyanın təmsilçiləri tərəfindən qanun pozuntularına yol verilməsi haqda yaydığı məlumatları «uydurma» adlandırır və bunun əsasının olmadığını deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG