Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:14

ABŞ səfiri: «Hər şey Azərbaycan xalqından asılıdır»<p align=`left`><br><br>


Səs: Real audio
Seçkilərə qiymət verməyə tələsməyən cənab Harniş «exit-poll»arı gözləməyi məsləhət bilir «Birləşmiş Ştatların bu seçkiyə nə qədər önəm verməsindən asılı olmayaraq, hər şey Azərbaycan xalqından asılıdır».



Bunu ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş noyabrın 6-da Bakının bir sıra seçki məntəqələrində olarkən dedi. Onun sözlərinə görə, Amerika bu seçkiyə böyük qayğı ilə yanaşır: «Bu barədə noyabrın 4-də Dövlət Departamenti bəyanat da verib. Burada isə bizim səfirliyin 40 əməkdaşı seçkinin gedişini müşayiət edir. Bütün ölkə üzrə güclü «exit-poll» komandamız fəaliyyət göstərir. Biz hökumətə barmaqların mürəkkəblə işaralənməsi və xüsusi lampaların əldə edilməsi üçün köməklik göstərmişik».



Rino Harniş deyir ki, insanlar səsvermə hüququndan istifadə etsələr, bu, Azərbaycan üçün tarixi bir gün ola bilər: «Azərbaycanda tarixi seçkilər keçirmək üçün imkan var».



Seçkilərə qiymət verməyə tələsməyən cənab Harniş «exit-poll»arı gözləməyi məsləhət bilir. Səfir müxalifətdəki «Azadlıq» seçki blokunun noyabrın 6-ı və 7-i hər hansı bir aksiya planlaşdırmadığını və seçkinin nəticələri məlum olandan sonra qərar verəcəyini bildirdi: «ABŞ hər zaman dünyada və Azərbaycanda vətəndaşların sərbəst toplaşmaq azadlığını müdafiə edir».

Günün bütün mövzuları

XS
SM
MD
LG