Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:17

«Exit-poll» keçirən təşkilatlar seçici fəallığından razıdırlar


Səs: Real audio
Məzahir Pənahov «rəngli inqilab»ın baş verə biləcəyini istisna edir Parlament seçkisi ilə əlaqədar Azərbaycanda üç təşkilat «exit-poll» keçirir. Bunlar «Edison-Mitofski İnternational», «Saar Poll» və USAİD-in maliyyələşdirdiyi «PA Consulting Group»dur.



Bu qurumlar seçki məntəqələrdən çıxan seçicilərə kimə səs verdiklərini soruşan anketlər təqdim edir.



«PA Consulting Group» 125 seçki dairəsindən 65-də «exit-poll» keçirir. İlkin nəticələr səsvermə başa çatandan üç saat sonra elan ediləcək.



«Mitofski İnternational» 1250 seçki məntəqəsində «exit-poll» keçirəcəyini deyir. Sorğu nəticəsində toplanan səslərin sayılması elə seçki məntəqələrinin özündə həyata keçiriləcək. Seçki məntəqələri bağlandıqdan iki saat sonra ilkin məlumatlar əsasında qaliblər elan ediləcək.



Estoniyanın «Saar Pol» şirkətinin sorğusu isə 1200 məntəqəni əhatə edir. Bu «exit-poll»un nəticələri səsvermə bitəndən iki saat sonra elan ediləcək. Quruma Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası da kömək göstərir.



Hər üç təşkilat seçici fəallığından razı qaldığını bildirir.
XS
SM
MD
LG